Prezident İlham Əliyev İsraillə əməkdaşlıq sazişini təsdiq edən fərman imzalayıb.

Tarix: 11-07-2022, 18:20
Prezident İlham Əliyev  Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edib.

Fərmana əsasən, 2022-ci il martın 30-da Təl-Əviv şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub.

Saziş qüvvəyə mindikdən sonra Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir.  🇦🇿🤝🇮🇱

-------------------------------- 

President Ilham Aliyev approved the Agreement on cooperation in the field of tourism between the Government of the Republic of Azerbaijan and the Government of the State of Israel.

 According to the decree, the "Agreement on cooperation in the field of tourism between the Government of the Republic of Azerbaijan and the Government of the State of Israel" signed in Tel Aviv on March 30, 2022 was approved.

 After the agreement enters into force, the State Tourism Agency must ensure the implementation of its provisions.

 The Ministry of Foreign Affairs shall notify the Government of the State of Israel that the domestic procedures necessary for the entry into force of the Agreement have been completed.   🇦🇿🤝🇮🇱