Amerika Birləşmiş Ştatları və İsraildən bir neçə yəhudi qurumu və lobbi təşkilatı birgə kollektiv şəkildə Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı dost və qardaş Azərbaycan xalqını və dövlətini təbrik ediblər.

Tarix: 23-09-2026, 11:35
Amerika Birləşmiş Ştatları və İsraildən bir neçə yəhudi qurumu və lobbi təşkilatı birgə kollektiv şəkildə Azərbaycanın Dövlət Suverenliyi Günü və erməni terrorçularına qarşı keçirilmiş anti-terror əməliyyatı nəticəsində əldə olunan şanlı Qələbənin 3-cü ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edərək yüksək dəstək ifadə ediblər.

Təbrikdə deyilir:

3 il öncə, 2023-cü ilin sentyabrın 19-dan 20-nə keçən gecə qəhrəman Azərbaycan Ordusu erməni terrorçularının təxribat-diversiya hərəkətlərinə və bölgədə terror ocağı yaratmaq cəhdlərinə cavab olaraq 23 saat davam edən lokal anti-terror əməliyyatı həyata keçirdi. Əməliyyat nəticəsində erməni separatçıları və terrorçularının nəzarətində olan Xankəndi və digər ərazilər işğaldan azad edildi, erməni silahlı birləşmələri və terrorçuları zərərsizləşdirildi, işğal nəticəsində yaradılmış qondarma və qanunsuz separatçı rejim isə özünü buraxdı.

Bununla da Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa edildi. Bu qələbə Azərbaycan tarixinin son 200 il ərzində əldə etdiyi ən böyük qələbələrdən biri olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması və dövlət suverenliyinin təmin edilməsi ilə nəticələndi.

Həmin şanlı Qələbədən və Azərbaycan xalqının böyük sevinc yaşadığı Zəfər günündən 3 il ötür.

Azərbaycan xalqı hər zaman Yəhudi xalqı ilə dost və qardaş münasibətlərində olub. Hər iki dost və qardaş xalq tarixin müxtəlif çətinlikləri qarşısında bir-birinin yanında dayanıb, Azərbaycanın düşmənlərə qarşı mübarizəsində dəstəyini əsirgəməyib. Azərbaycanın sevinci də, kədəri də bizim sevincimiz və kədərimizdir. Azərbaycanın Qələbəsi də bizim Qələbəmizdir.

Dost və qardaş Azərbaycan xalqını və dövlətini separatçılar üzərində əldə edilmiş şanlı Qələbənin və Dövlət Suverenliyinin bərpasının 3-cü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, doğma Azərbaycan xalqına hər zaman şanlı zəfərlər, yeni Qələbələr, sülh, əmin-amanlıq və firavanlıq arzulayırıq.

Hər zaman dost və qardaş Azərbaycanın yanında olduğumuzu bildirir, doğma Azərbaycan xalqına və dövlətinə öz dəstəyimizi ifadə edirik. Azərbaycana yalnız Qələbə yaraşır.

Dövlət Suverenliyi Gününüz mübarək olsun, əziz və doğma Azərbaycan xalqı!

Hörmətlə,

Amerikadakı Azərbaycan Yəhudi icması, 

ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi, 

"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,

İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,

Təl-Əviv şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,

Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Diaspora İcması,

Pardes-Xana şəhəri Dağ Yəhudiləri Diaspora İcması. 

Ramle şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Petax Tikva şəhəri Dağ Yəhudiləri Diaspora İcması. 

Hayfa şəhəri Dağ Yəhudiləri Diaspora İcması. 

Netanya şəhəri Dağ Yəhudiləri Diaspora İcması.