Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri, görkəmli ictimai xadim, Azərbaycan Mədəniyyət sahəsinin görkəmli simalarından, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Aleksandr Yakovleviç Şarovski ömrünün 79-cu ilində dünyasını dəyişmişdir. Aleksandr Yakovleviç Şarovski həm sahəsinin peşəkarı, sənətinin ustası, vətənpərvər, Azərbaycana bağlı bir insan idi. O, daim iştirak etdiyi Beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına çalışan, Azərbaycandakı tolerantlıq mühitini dünyada nümunə göstərən, ürəyi hər zaman vətənlə döyünən bir insan idi. Onun adı hər zaman onu tanıyanların qəlbində əbiyyən yaşayacaq. Xatirəsi hər hörmətlə anılacaq. Mərhum Aleksandr Yakovleviç Şarovskinin ailəsinə, doğmalarına, rəhbərlik etdiyi icmaya və bütün Yəhudi icmasına dərin hüznlə baş sağlığı veririk.
Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. AMİN
Dərin hüznlə,
İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz və MDB ölkələri üzrə
Azərbaycan Respublikasındakı
Regional Nümayəndəliyi
____________________________________
The Chairman of the Baku Religious Community of European Jews, a prominent public figure, one of the distinguished figures in the field of Azerbaijani culture, People’s Artist, and recipient of an individual pension from the President of the Republic of Azerbaijan, Aleksandr Yakovlevich Sharovsky, has passed away at the age of 79.
Aleksandr Yakovlevich Sharovsky was a professional in his field, a master of his art, a patriot, and a person devoted to Azerbaijan. He was a person who constantly participated in international events, worked to convey the truths about Azerbaijan to the world, presented the tolerant environment in Azerbaijan to the world as an example, and whose heart always beat for his homeland.
His name will forever live in the hearts of those who knew him. His memory will always be remembered with respect.
We express our deepest condolences to the family and relatives of the late Aleksandr Yakovlevich Sharovsky, to the community he led, and to the entire Jewish community.
May God have mercy on him. May his resting place be Paradise, and may his soul rest in peace. AMEN.
With deep sorrow,
Regional Representation of the
Israel Security Academy in the
Republic of Azerbaijan for the.
Caucasus and CIS Countries

