Amerika və İsraildən bir neçə Yəhudi qurumları, Lobbi və Diaspora təşkilatları və icmaları Azərbaycan xalqını Novruz və Ramazan bayramı münasibətilə təbrik ediblər. Təbrikdə deyilir: Dost və qardaş Azərbaycan xalqını Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik. Azərbaycan xalqına əmin-amanlıq, firəvanlıq və sevinc arzu edir, Azərbaycan dövlətinə isə daimi inkişaf və yüksəliş diləyirik. Azərbaycan dövlətinin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi daimi və əbədi olsun. Bu ülvi hissləri aşılayan, bolluq və bərəkət rəmzi olan ali bayramlar və Bahar fəsli özü ilə birlikdə Azərbaycan, xalqına və bütün dünyaya sülh, xeyir, bərəkət, bolluq və firəvanlıq gətirsin. Həmçinin dünyadakı bütün terrorların və cinayətkarlığın sona çatmasını uca Allahdan arzu edirik.
Müqəddəs Ramazan bayramınız və Bahar fəslinin gəlişini müjdələyən Novruz bayramınız mübarək olsun. AMİN
Hörmətlə,
İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz və MDB ölkələri üzrə
Azərbaycan Respublikasındakı
Regional Nümayəndəliyi,
Amerikadakı Qafqaz və Azərbaycan
üzrə Yəhudi Diaspora icması,
ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,
"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,
İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,
Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,
İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,
Təl-Əviv şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,
Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Pardes-Xana şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Ramle şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Petax Tikva şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Hayfa şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Netanya şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

