ABŞ və İsraildən bir neçə Yəhudi qurumları və lobbi və Diaspora təşkilatları birgə kollektiv olaraq, İranın martın 5-də Azərbaycan ərazisinə təşkil etdiyi terror hücumuna və mülki infrastrukturların vurulmasına görə dərin narahatlığını bildirir və İranın teokratik rejiminin Azərbaycana etdiyi hücuma görə Azərbaycana dəstək bəyənatı səsləndiriblər. Bəyənatda deyilir:Martın 5-də gözlənilməz şəkildə, qəflətən teokratik və cinayətkar İran molla rejiminə bağlı olan hərbi qurumlar tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası istehsalı olan "ARASH 2" zərbə PUA-ları ilə hücum edərək Azərbaycan qarşı terror aktı törətməsi, məhz bu terror aktı nəticəsində Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanının vurulması, hava limanının terminalının sıradan çıxarılması nəticəsində hava limanının fəaliyyətinin iflic edilməsi və həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində bir məktəb binasının vurulması ağır hərbi cinayət əməlidir. Mülki obyektlərin vurulması, o obyektlərdəki mülki şəxsləri və sivil insanları da hədəf almaq deməkdir. Hətta müharibə vaxtı belə hümanitar ərazilərə və mülki obyektlərə, həmçinin müharibəyə aidiyyatı olmayan mülki şəxslərə belə atəş açmaq, onları yaralamaq və ya öldürmək ağır cinayət hesab olunan, hərbi cimaytədir.
İran molla rejiminin Azərbaycana qarşı törətdiyi bu teror əməli Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı açıq aşkar təhdiddir. Bu mənfur və naqis əməl Azərbaycanın suverenliyini və ərazi bütövlüyü təhlükə altında qoymaqla, müharibəyə heçbir aidiyyatı olmayan günahsız, və sivil insanlara, mülki sakinlərə, həmçinin mülki obyektlərə və infrastrukturlara qarşı ağır təhdid yaradır.
İran tərəfdən Azərbaycana qarşı edilən bu teror aktı Azərbaycanın suverenliyinin pozulmasına cəhd halıdır. Bu mənfur hadisə və bu naqis əməl həmçinin eyni zamanda beynəlxalq hüququn kobud şəkildə pozulması, beynəlxalq qanunların və normativ aktların tapdalanması, qonşuluq prinsiplərinin ayaqlar altına atılmasıdır.
Belə ki, beynəlxalq humanitar hüquqda (müharibə hüququnda) mülki şəxslərin və mülki obyektlərin qorunması əsas prinsiplərdən biridir. Bu sahənin əsas hüquqi bazasını xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokolları təşkil edir.
Bu gün bütün dünyanın və BMT-nin istinad etdiyi Cenevrə Konvensiyaları əsasən müharibə zamanı mülki şəxslərin, yaralıların, habelə əsirlərin və mülki infrastrukturların qorunmasını təmin edən beynəlxalq hüquqi sənədlərdir.
Xüsusilə IV Cenevrə Konvensiyası mülki əhalinin qorunmasına aiddir.
Cenevrə konvensiyasında əsas prinsip, norma və tələb odur ki, mülki şəxslər və mülki obyektlər hücum hədəfi ola bilməz.
Cenevrə konvensiyasına və beynəlxalq qanunlara, beynəxalq hüquq normalarına və beynəlxalq praktikada istifadə edilən konsepsiyaya əsasən, mülki şəxslərə birbaşa hücum, mülki yaşayış məntəqələrinin bombalanması, məktəblər, xəstəxanalar və digər mülki obyektlərin vurulması Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq təcrübədə tətbiq edilən qanunlara əsasən qəti qadağandır və bu cür hal və hərəkətlər müharibə (hərbi) cinayəti sayılır.
Məktəblər, xəstəxanalar, yaşayış binaları, enerji infrastrukturu və su sistemləri beynəlxalq hüquqa görə mülki ərazi olaraq qorunur. Əgər bu obyektlər hərbi məqsədlə istifadə olunmursa, onlara hücum etmək qəti qadağandır. Hümanitar məqsədli istifadə edilən bu kimi mülki ərazilərə hücumlar təşkil edilirsə, terror aktları və fiziki dağıntılar törədilirsə mülki obyektlər məhv edilirsə, bu hadisə beynəlxalq hüquqda disproportionate attack (qeyri-proporsional hücum) kimi qiymətləndirilir. Mülki və hümanitar xarakterli uçuşlar üçün istifadə olunan hava limanları mülki obyekt və mülki infrastruktur sayılır və bu da o deməkdir ki, hətta müharibə zamanı belə mülki və hümanitar xarakterli fəaliyyət göstərən hava limanına hücum etmək beynəlxalq qanunlarla və Cenevrə konvensiyasına əsasən qəti qadağandır.
Hətta müharibə baş verərsə və hərbi eskalasiya və qarşıdurma dövründə belə mülki şəxslərə və mülki obyektlərə qəsdən hücum etmək müharibə cinayəti və hərbi cinayət əməli sayılır.
Bu məsuliyyət aşağıdakı beynəlxalq hüquqi sənədlərdə də qeyd edilir:
"Rome Statute of the International Criminal Court".
Bu sənədə görə müharibə cinayətləri arasında, mülki əhaliyə hücum,
mülki infrastrukturu qəsdən məhv etmək,
qorunan obyektləri bombalamaq və s. öz əksini tapıb.
Bu cinayətlərə görə şəxslər və ya ayrı-ayrı qurum və silahlı birləşmələr, hücum əmrini verən dövlət və ordu komandirləri fərdi və ya baş vermiş cinayət hadisəsinin miqyasına, mahiyyətinə və formasına görə aidiyyatı və mahiyyət üzrə kollektiv və toplu surətdə cinayət məsuliyyəti daşıyır.
Məhz baş verə biləcək belə bir halda, cinayətin törədilməsində iştirakçı olan və bilavasitə göstəriş verən dövlət rəhbərləri, hərbi komandanlığa hücumu əmr edən şəxslər beynəlxalq hüquqla cinayət məsuliyyətinə cəlb olunur.
Beynəlxalq hüquqa görə:
1. mülki şəxslərə hücum qadağandır,
2. mülki infrastrukturu qəsdən vurmaq müharibə cinayətidir,
3. mülki hava limanına hücum hərbi cinayət sayılır.
Və bütün bu kimi əməllər terror aktıdır, günahsız insanlara qarşı kütləvi qırğına və kütləvi qətliama, müharibəyə aid olmayan yerləri, şəhrələri, mülki infrastrukturları və şəhərləri habelə dağıntıya cəhd birbaşa hərbi cinayətdir.
Bu kimi əməllərə və cinayətlərə görə fərdi və dövlət məsuliyyəti yaranır
Cenevrə Konvensiyasının əsas prinsipi: Mülki şəxslər və mülki obyektlər hücum hədəfi ola bilməz. Yuxarıda qeyd edilən kateqoriyalar qətiyyən müharibənin və hücumun hədəfi və predmeti ola bilməz.
Əgər bu kimi əməllərdən hər hansısa biri baş verərsə, bunu törədənlər beynəlxalq qanunlara əsasən ağır cinayət məsuliyyət daşıyır, və hərbi cani və terrorist hesab edilir. Hərbi cinayət beynəlxalq qanunlar çərçivəsində ən ağır cinayət sayılır.
İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə edilən teror hücumunda məhz hava limanı və orta məktəb binası səhər vaxtlarında, məhz azyaşlı uşaqların məktəbdə olduğu zaman baş vermişdir. Bütün bunlar isə o deməkdir ki, İran molla rejimi Azərbaycan Respublikasına qarşı heçbir səbəb olmadan, əsassız şəkildə hərbi hücum təşkil edərək, Azərbaycana, həmçinin günahsız mülki insanlara, hava limanına və məktəb binasındakı azyaşlı uşaqlara qarşı terror aktı törədərək, onların həyatlarını təhlükə altında qoyaraq, ağır hərbi cinayət törətmişdir. Həmin ərazinin mülki sakinlərində maddi ilə bərabər mənəvi zərər, psixoloji sarsıntı, həyəcan və qorxu yaratmışdır. Bu baş verən hadisə, hərbi cinayət məsuliyyətinə səbəb olan hal və hərəkətdir. İranın teokratik və klerikal rejimi tərəfindən Azərbaycana, Naxçıvan Muxtar Respublikasının mülki obyektlərinə və mülki sakinlərə, hümanitar infrastruktur xarakteri daşıyan Naxçıvan Beynəlxalq Hava Limanına və orta məktəbə edilən xain və məkrli teror hücumunu ən ağır nifrətimizlə pisləyir, baş verən terror hadisəsini lənətləyir və bütün beynəlxlaq ictimaiyyəti, bütün beynəlxalq siyasi, hüquqi və hümanitar təşkilatları bu teror hadisəsini qınamağa, bununla bağlı beynəlxalq təşkilatları lazımi hüquqi ölçünü götürməyə çağırırıq.
Bu naqis əməli törədənlər cəzasını almalıdır. Bu mənfur hadisə, Azərbaycana qarşı törədilmiş teror əməli bir daha İran molla rejiminin cinayətkar bir şəbəkə olduğunu, daim öz qonşularına və yerləşdiyi Coğrafiyaya ölüm xofu yayan teror dövləti olduğunu göstərmiş oldu.
Azərbaycan öz mövqeyində tamamilə haqlıdır, hər zaman olduğu kimi, beynəlxlaq hüquq da Azərbaycanın tərəfindədir.
İranın teokratik molla və cinayət rejimi tərəfindən törədilən bu naqis əmələ görə öz narahatlığımızı bildirir və hər zaman olduğu kimi, dost və qardaş Azərbaycan xalqının yanında olduğumuzu, Azərbaycanın haqqlı mövqeyini dəstəklədiyimizi bildiririk!!
İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,
Amerikadakı Qafqaz və Azərbaycan üzrə Yəhudi Diaspora icması,
ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,
"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,
İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,
Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,
İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,
Təl-Əviv şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,
Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Pardes-Xana şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Ramle şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Petax Tikva şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Hayfa şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Netanya şəhəri Dağ Yəhudiləri Diaspora İcması.






