İran terror rejiminin İsraildə mülki obyektlərə raket hücumu nəticəsində həlak olan 2 nəfər azərbaycanlı dəfn edilib.

Tarix: 11-03-2026, 21:34
İranın İsraildə mülki infrastrukturlara və mülki obyektlərə raket zərbələri nəticəsində həlak olmuş azərbaycanlılar bu gün dəfn edilib. Dəfn  mərasimində İsrailin Texnologiya, İnformasiya və Elm Naziri xanım Gila Gamliel, həmçinin "İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatının direktoru, İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurasının rəhbəri və Akko şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri hörmətli Nexemiya Şirin Mixaeli, Qafqaz Yəhudilərinin Ümumi İsrail Birliyinin sədri, Qafqaz Yəhudilərinin Parlament Lobbisinin Baş direktoru Pavel Elizarov və digər rəsmi şəxslər və qurum rəhbərləri iştrak ediblər.

İran terror rejiminin mülki obyektləri hədəf alması beynəlxalq qanunlarla ağır cinayət əməli olması vurğulanıb və İranın terror əməlləri şiddətlə pislənib. Bu mənfur əməlin müharibə cinayəti olması bir daha beynəlxaq ictimaiyyətin diqqətinə çatdırılıb.
Bu barədə "İsraildə Azərbaycan Evi" nin məlumatında bildirilir.