Martın 9-da İranın İsrailə atdığı raket hücumu zamanı Petah Tikva şəhərindən iki nəfər Azərbaycanlı, 62 yaşlı Rüstəm Qulamov və 40 yaşlı Amid Murtuzov həlak olublar. Onlar gündüz vaxtı işlədikləri obyektdə İranın hücumu nəticəsində həyatlarını itiriblər. Molla rejimi İsraildə mülki obyektləri və sivil insanları hədəf alır.
İran terrorist rejiminin mülki infrastrukturları və sivil insanları hədəf alması müharibə cinayətdir. Bu, açıq aşkar terrordur. İranın terrorist molla rejiminin İsraildə törətdiyi bütün qanlı terror hadisələri zamanı baş vermiş faciəyə görə həlak olanların hamısının ailələrinə və bütün İsrail xalqına dərin hüznlə baş sağlığı diləyir və onlara Allahdan səbr arzu edirik. Müharibə cinayəti törədən terrorist İran rejiminin bütün qanlı əməllərini şiddətlə lənətləyirik.
Həlak olanların xatirələri əziz olsun. Allah hər birinə rəhmət eləsin. Məkanları cənnət, qəbrləri işıqlı olsun. AMİN
Dərin hüznlə.
Amerikadakı Azərbaycan Yəhudi icması,
ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,
"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,
İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,
İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,
Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,
İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,
Təl-Əviv şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,
Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Pardes-Xana şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Ramle şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Petax Tikva şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Hayfa şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Netanya şəhəri Dağ Yəhudiləri Diaspora İcması.



