İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq haqqında saziş imzaladı

Tarix: 4-02-2026, 10:34
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq haqqında saziş imzaladı

İsrail və Azərbaycan hökumətləri arasında süni intellekt və yüksək texnologiyalar sahəsində əməkdaşlıq üzrə yeni saziş imzalanıb. Mərasimdə İsrailin baş naziri Binyamin Netanyahu da iştirak edib.

Saziş iki ölkə arasında innovasiya, rəqəmsal təhlükəsizlik və elmi-tədqiqat mübadiləsini dərinləşdirməyi nəzərdə tutur. Bu addım Tel-Əviv və Bakının strateji tərəfdaşlığını yeni texnoloji mərhələyə daşıyır.

Tədbir zamanı Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə isti mesaj ünvanlayıb:

Netanyahu: “Zəhmət olmasa, prezident Əliyevə mənim ən səmimi salamlarımı çatdırın.

Biz həmişə deyirik: ‘Gələn il Yürusəlimdə’. Amma ona deyin: ‘Bu il Yerusəlimdə.’
Qoy gəlsin, biz onu çox isti qarşılayacağıq.”