Amerika və İsraildən bir neçə Yəhudi qurumları və Lobbi təşkilatları birgə kollektiv olaraq Azərbaycan xalqına və dövlətinə "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni 2026-cı ilin gəlişi münasibətilə bayram təbriki ünvanlayıblar. Təbrikdə deyilir: Doğma Azərbaycan xalqını və dövlətini "31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni 2026-cı ilin gəlişi münasibətilə təbrik edirik. Bu yeni 2026-cı ilin Azərbaycan xalqına və bütün dünyaya xeyir, bərəkət, bolluq, əmin-amanlıq və firəvanlıq gətirməsini diləyirik. Arzu edirik ki, bu il bütün dünyada həmrəylik, yenidən qurma, bərpa, abadlıq, sağlamlıq, Təhlükəsizlik və inkişaf ili olsun.
Azərbaycan xalqı tarixən insanpərvər, sülhsevər, yardımsevər, hümanist dəyərləri özündə daşıyan, dünyada nadir rast gəlinən ən ali dəyərləri və ülvi hissləri özündə daşıyan, insani dəyərləri hər zaman uca tutan, dostluqda mərd və etibarlı bir xalqdır. Bu isə dünyada rast gəlinməyən bir göstəricidir. Müasir və müstəqil Azərbaycan dövləti də Dahi Şəxsiyyət Heydər Əliyev tərəfindən qurularkən bu dəyərlərin əsasında qurulub. Və Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, bu ali dəyərlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilir. Bu göstəricilərə əsasən, Azərbaycan bütün dünyada nümunə olan bir dövlətdir. Bu səbəbdən Azərbaycan dövləti və xalqı ən yüksək uğurlara, nailiyyətlərə, yüksəliş lərə, ən xoş sözlərə və alqışlara layiqdir. Azərbaycan xalqı ilə Yəhudi xalqı tarixən dost, qardaşlaşmış və qohumlaşmış xalqdır. Tarix boyu hər iki xalq bir birinə əziz, doğma olub və hər zaman mehribanlıq şəraitində yaşayıblar.
Dost və qardaş Azərbaycan xalqının və dövlətinin təhlükəsizliyi, suverenliyi, ərazi bütövlüyü daimi, əbədi və möhkəm olsun. Azərbaycanın sürətlə yüksələn inkişafının daha da yüksəlməsini və əbədi olmasını, Azərbaycanın daimi inkişaf, yüksəliş, xoşbəxtlik və əmin-amanlıq içərisində olmasını uca Allahdan diləyirik. Arzu edirik ki, Azərbaycanın sərhədlərində daim sülh olsun. Azərbaycan və Ermənistan arasında sülhün davamlı olmasını, bölgədə, regionda və həmçinin bütün dünyada bundan sonra terrorsuz, cinayətsiz və problemsiz il olmasını diləyirik. Bu yeni 2026-cı il özü ilə bərabərində xeyirxahlığı, sevinci gətirsin. Azərbaycan hər zaman təhlükəsizlik və uğur içərisində olsun. Azərbaycan xalqına daimi xoşbəxtlik və sevincli yaşam arzu edirik.
Yeni 2026-cı iliniz mübarək olsun. AMİN
Hörmətlə,
Amerikadakı Azərbaycan Yəhudi icması,
ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,
"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,
İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,
İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,
Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,
İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,
Təl-Əviv şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,
Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Pardes-Xana şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Ramle şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Petax Tikva şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Hayfa şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Netanya şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

