Amerika və İsraildən bir neçə Yəhudi qurumları və Lobbi təşkilatları birgə kollektiv olaraq Azərbaycan xalqının Zəfər bayramını təbrik ediblər. Təbrikdə deyilir:Noyabrın 8-i Azərbaycan tarixinin qızıl səfihəsidir. Bu tarix Azərbaycan xalqının sarsılmaz birliyinin və həmrəyliyinin vəhdətindən doğan zəfərin təntənəsidir. 2020-ci ilin Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı ilə başlayan 44 günlük ikinci Qarabağ müharibəsi qəhrəman Azərbacan əsgərinin igidliyi və Azərbaycan xalqının birliyi nəticəsində şanlı bir qələbə ilə sona çatdı. 30 illik işğala 44 gündə son qoyuldu. Beynəlxalq təşkilatların 30 il ərzində bacarmadığını Azərbaycan özü təkbaşına bacardı. BMT TŞ-nın qətnamələrini Azərbaycan əsgəri hərb meydanında icra etdi. Azərbaycan əsgəri 44 günlük müharibədə əvəzolunmaz və silinməz bir tarix yazdı. Müasir dünyanın hərb tarixində təkrarı olmayan bu şanlı zəfər fövqəladənin fövqündə dayanır. 44 günlük Vətən müharibəsindəki şanlı qələbə Azərbaycan xalqının polad iradəsinin, məğlubedilməzliyinin, qətiyyətinin və Azərbaycan əsgərinin şücaətinin, Azərbaycan dövlətinin qüdrətinin təcəssümü və bariz nümunəsidir. Qazanılan qələbə, haqq ədalətin bərpası, Azərbaycanın beynəlxalq birlik və beynəlxalq hüquq və konvensiyalarla tanınan suveren torpaqlarının 30 il öncə erməni caniləri tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə pozulmuş hüquqlarının bərpasıdır.
Doğma Azərbaycanın Zəfər bayramını və Bayraq Gününü təbrik edir, Azərbaycana hər zaman qələbə, müvəffəqiyyətlər, əmin-amanlıq, sülh və firəvanlıq arzu edirik. Hər zaman doğma Azərbaycanın yanındayıq.
Zəfər bayramınız və Bayraq Gününüz mübarək olsun. AMİN
Amerikadakı Azərbaycan Yəhudi icması,
ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,
"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,
İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,
İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,
Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,
İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,
Təl-Əviv şəhəri Dağ Yəhudiləri Diaspora İcması.
Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,
Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Diaspora İcması,
Pardes-Xana şəhəri Dağ Yəhudiləri Diaspora İcması.
Ramle şəhəri Dağ Yəhudiləri Diaspora İcması.
Petax Tikva şəhəri Dağ Yəhudiləri Diaspora İcması.
Hayfa şəhəri Dağ Yəhudiləri Diaspora İcması.
Netanya şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

