İsraildən bir neçə təşkilat, lobbi və diaspor qurumları və Dağ Yəhudiləri Dini icmaları birgə şəkildə kollektiv olaraq Azərbaycan xalqına Silahlı Qüvvələr Günü münasibətilə təbrik ünvanlayıblar.

Tarix: Dünən, 18:54
İsraildən bir neçə təşkilat, lobbi və diaspor qurumları və Dağ Yəhudiləri Dini icmaları birgə şəkildə kollektiv olaraq Azərbaycan xalqına Silahlı Qüvvələr Günü  münasibətilə təbrik ünvanlayıblar. Təbrikdə deyilir:

Azərbaycan xalqını və dövlətini 26-iyun Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirik. Azərbaycan  Silahlı Qüvvələri Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra başlanılan ordu quruculuğu sayəsində inkişaf etməyə və güclənməyə başladı. Məhz Heydər Əliyevin yüksək başlatdığı ordu quruculuğu onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycanda bütün sahələrdə aparılan yenidən qurma, inkişaf və yüksəliş məhz Silahlı Qüvvələri də əhatə etdi və Azərbaycan ordusu bölgənin ən güclü ordusu statusunu qazanmaqla, müasir dünyanın ən güclü ölkələrinin orduları ilə müqayisə olunacaq səviyyəyə yüksəldi. Azərbaycan ordusunun yenilməzliyini 2016-xl ilin aprel döyüşlərində, 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsində bütün dünya gördü. Məhz 44 günlük Vətən Müharibəsində şanlı Azərbaycan ordusu möhtəşəm bir tarix yazdı. 30 il erməni işğalında qalan Azərbaycan torpaqları məhz Azərbaycan ordusunun igidliyi və qəhrəmanlığı sayəsində işğaldan azad edildi. Bu, həm də BMT Təhlükəsizlik Şurasının Qarabağın işğaldan azad edilməsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası idi. Azərbaycan Silahlı Qüvvələri igidliyi sayəsində  BMT T.Ş-nın qətnamələrini təkbaşına icra edərək erməni canilərini işğal etdikləri Azərbaycan torpaqlarından qovaraq Azərbaycana böyük bir qələbə qazandırdı. Öz havadarlarından 30 il boyu güclü hərbi yardımlar alan Ermənistan ordusunu ağır məğlubiyyətə uğradaraq əldə olunan qələbə Azərbaycan ordusunun yenilməzliyini, qüdrətini göstərir. Azərbaycan Silahlı Qüvvələri cənab İlham Əliyevin apardığı uğurlu və parlaq siyasətin sayəsində özünün   yüksək inkişaf yolunda əzmlə addımlayır. Və Diplomatiyada aparılan uğurlu siyasət və yüksək məntiq üzərində qurulmuş, dəqiq hesablanmış uğurlu və parlaq daxili və xarici siyasət Azərbaycanı durmadan inkişaf etdirir. Bu gün Azərbaycan hər sahədə yüksələn xəttlə inkişaf edir ki, bu da məhz Azərbaycan Azərbaycan ordusunun günü-gündən güclənməsini təmin etmişdir.

Azərbaycan Yəhudilərin 2600 ildir ki, yaşadığı ölkədir. Tarix boyu burada Azərbaycanlılarla Yəhudilər dostluq və qardaşlıq içərisində yaşayıblar. Azərbaycan dünyada Yəhudilərin İsrialdən sonra ən sıx və təhlükəsiz mühitdə yaşadığı doğma ölkədir. Burada heçbir zaman anti-semitizm və dini ayrıseçkilik olmayıb. Bu gün Azərbaycan və İsrailin dostluğu  da məhz xalqlarımızın dostluğuna və qardaşlığına söykənir. Dost və qardaş Azərbaycan xalqını, 26-iyun Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, Azərbaycan xalqına və dövlətinə əmin-amanlıq, firəvanlıq, Azərbaycan ordusuna isə vətənə xidmətdə uğurlar və müvəffəqiyyətlər diləyirik. Arzu edirik ki, doğma Azərbaycanın suverenliyi, təhlükəsizliyi, ərazi-bütövlüyü daimi və əbədi olsun.



Hörmətlə,

"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,

İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,

Qafqaz Yəhudilərinin Ümumi İsrail Birliyi,

Qafqaz Yəhudilərinin Parlament Lobbisi,

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,

Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,

Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Dini İcması,

Pardes-Xana şəhəri Dağ Yəhudiləri Dini İcması.