İran Silahlı Qüvvələrinin Baş Qərargahının iki yüksək rütbəli komandiri öldürülüb.

Tarix: 15-06-2025, 19:24
İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq, İsrailin zərbələri nəticəsində Baş Qərargah rəisinin kəşfiyyat üzrə müavini briqada generalı Qulamrza Mehrabi və Baş Qərargah rəisinin əməliyyatlar üzrə müavini briqada generalı Mehdi Rəbbaninin öldürüldüyünü açıqlayıb.

Bəyanatda Silahlı Qüvvələrin Baş Qərargahının iki yüksək rütbəli komandirinin ölümünün vaxtı və yeri ilə bağlı təfərrüatlar verilməyib.

Cümə günü Reuters xəbər agentliyi iki regional mənbəyə istinadən xəbər verir ki, İsrailin zərbələri nəticəsində 20 yüksək rütbəli hərbi komandir həlak olub.

______________________


Two senior commanders of the General Staff of the Iranian Armed Forces have been killed. 

The General Staff of the Iranian Armed Forces issued a statement saying that the deputy chief of the General Staff for intelligence, Brigadier General Gholamreza Mehrabi, and the deputy chief of the General Staff for operations, Brigadier General Mehdi Rabbani, were killed in Israeli strikes.

The statement did not provide details about the time and place of the deaths of the two senior commanders of the General Staff of the Armed Forces.

On Friday, Reuters news agency reported, citing two regional sources, that 20 senior military commanders had been killed in Israeli strikes.