
İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının (hava hücumundan müdafiə qüvvələrinin qərargahının) və “Xatəm əl-Ənbiya” Fövqəladə Komandanlığının rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şadmani İsrail Müdafiə Qüvvələrinin bu gecə İrana endirdiyi zərbələr nəticəsində öldürülüb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.