İran bölgədəki terror əməllərinin cavabını alır - Dr. Mirsamir Məmmədov

Tarix: 18-06-2025, 17:28
Vaxtilə, 30 il öncə 1992-93-cü illərdə Qarabağda və Xocalıda məhz İran molla rejiminin, Hizbullah və HƏMAS-ın dəstəyilə ermənilər tərəfindən xalqımızın başına gətirilən qanlı müsibətlər, məşəqqətlər, bəlalar, bu gün Hizbullahın, HƏMAS-ın və İran Molla rejiminin başına gəlir. Tarixi ədalət bərpa edilir. Hər kəs etdiyi ilə üzləşər, hər kəs əkdiyini biçər. Etmə, etdiyinlə mütləq qarşılaşarsan, etmə, sənə də edərlər. 30 il Azərbaycana qarşı əllərindən gələn düşmənçiliyi etdilər, ermənilərə var qüvvələrilə dəstək və silah verdilər, əllərindən gələn köməyi etdilər erməni canilərinə və bu gün də etməkdədirlər. Amma unutdular ki, İslamın bizə tanıdığı Allah çox ədalətlidi, kimsənin haqqını kimsədə qoymaz. Qarabağımız məhz İranın ermənilərə dəstəyi və köməyi ilə işğal edildi, İranın dəstəyi ilə torpaqlarımız viran edildi, söküldü, talandı, soyuldu, qəsb edildi, istismar edildi. 30 il ərzində torpaqlarımızdakı bütün daşınar və daşınmaz hər şey, maddi yeraltı və yerüstü sərvətlərimiz talan edilərək İrana aparıldı. Qarabağı İran şirkətləri 30 il istismar etdi. Ən dəhşətlisi isə torpaqlarımızda İran ermənilərlə birlikdə narkotik əkib becərib qara bazarlara çıxararaq işğalçı Ermənistanın büdcəsini doldururdu və Azərbaycana qarşı silahlandırırdı. İndi artıq Allah etdiyi günahların cəzasını verir və Qarabağda, bir çox bölgələrdə İranın etdiyi pis əməllərə qarşılıq olaraq bu gün başından bombalar yağır. İranı cəzalandıran məhz Allahdır. Hələ qarşıda İranı daha böyük və daha acınacaqlı, daha faciəvi fəlakətlər gözləyir. Allah lənət etsin İslamdan danışıb, amma özü müsəlman olmayan, İslamdan uzaq olan, terrorist, qəsbkar, cinayətkar rejimə. İran bilməli idi ki, onun bölgədə etdikləri, bir gün onun özünə də ediləcək. Və edilir də.  Özündən zəifə gözünü qırpmadan hücum edənə, terrorist və killer şəbəkəsi yetişdirənə, qan tökənə, qəsbkarlıq edənə, "burda mənəm, Bağdadda kor xəlifə" deyib, "Yekə-başlılıq", qudurğanlıq edənə qarşı Allah mütləq ondan daha güclüsünü göndərər. İran və onun bütün dostları və dəstəkçiləri üçün bu hələ başlanğıcdır. Nəticə irəlidədir. Məhz 2 gün bundan əvvələ qədər və 30 il ərzində Azərbaycanı məhv etməklə hədələyən SEPAH rəhbərliyini, SEPAH Generallarını, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini, Baş Qərargah rəisinin Kəşfiyyat üzrə müavinlərini, SEPAH-ın Aviakosmik və Nüvə məsələləri üzrə komandanını, Xameneyinin müşavirini, Nüvə alimlərini, evində və məhz çarpayısında yatdığı zaman nöqtə atışı zərbə ilə İsrail bombardman edərək cəhənnəmə göndərdi.  İki gün öncəyə qədər Azərbaycanı hədələyən düşmənlərimiz, bu gün İsrailin hücumu nəticəsində artıq məhv edilib. İsrail İranın bütün Nüvə laboratoriyalarını və Nüvə obyektlərini, hərbi bazaları dəqiq zərbə ilə yerla yeksan edərək dağıdıb. İsrailin həyata keçirtdiyi bombardmanlar ancaq hərbi obyektləri və İran dövlətinin yüksək rütbəli şəxsləri olan hərbi canilər və terrorçuları əhatə edir. İran və onun bütün dəstəkçiləri, dostları, proksi qüvvələri və bölgəyə yayılmış agentura şəbəkəsi üçün artıq Məhşər günü başladı. İran şəhərləri od-alov içərisində yanır. İsrail isə hələ uzun müddət bombardmana davam edəcək. İsrail Təhlükəsizlik və Müdafiə Qüvvələri şərlə, terrorizmlə, cinayətkarlıqla, şeytani bir qüvvə ilə, işğalçı ilə mübarizə aparır. İsrail hərbçiləri hərb tarixində görünməmiş peşəkarlıqla döyüşür. Həmçinin İsrail Kəşfiyyatı və İsrail Təhlükəsizlik Orqanları misli bərabəri olmayan şəkildə operativ və taktiki fəaliyyət göstərir. İsrail Kəşfiyyatı və Xüsusi Xidmət Orqanları yüksək peşəkarlıqla İrana qarşı mübarizə aparır. Onların yüksək peşəkarlığı sayəsində İsrail Hərbçiləri bu qədər yüksək nailiyyətə və uğura imza ataraq düşməni qəlbindən vurdu. İsrail rəhbərliyi bu işi axıra qədər davam etdirməli, İsrail ordusu və İsrail Təhlükəsizlik Qüvvələri və İsrail Kəşfiyyatı  bölgədəki və dünyadakı İran təhlükəsini birdəfəlik zərərsizləşdirməlidir. Allah başlatdığı haqq işində İsrailə kömək olsun. İsrail ordusuna və aviasiyasına Allah güc və qüvvət versin.

ALLAH İranın işğal etdiyi Güney Azərbaycandakı xalqımıza da kömək olsun. AMİN  



Dr. Mirsamir Məmmədov