Uran və uranın zənginləşdirilməsi nədir?

Tarix: 22-06-2025, 16:30
Uran kimyəvi elementlərin dövri sistemində 92-ci sırada qərarlaşan radioaktiv elementdir. Təbii şəkildə uranın 3 izotopona u-238, u-235 və u-234 rast gəlmək olar. Az miqdarda uran qranitin, torpağın və suyun tərkibində vardır. Uranı alman kimyaçısı M.H.Klaprot uran dioksid şəklində kəşf etmiş və ona Uran planetinin adını vermişdir.

"Uranın zənginləşdirilməsi" nədir? Tez-tez xəbərlərdə bu ifadəni eşidirik, xüsusəndə İranın nüvə silahı əldə etməyə çalışmasından sonra dünya ictimaiyyətində bu ifadə tez-tez səslənməyə başladı.  Yuxarıda qeyd edildiyi kimi təbiətdə üç izotopuna rast gəlinsə də, təbii uranın 99 %-dən çoxunu u-238 izotopu təşkil edir. Bu izotop isə nüvə silahı və reaktorlarında istifadə üçün əlverişsiz hesab edilir. Bu məqsədlər üçün u-235 izotopu istifadə edilir. Bunun səbəbi u-235 - in nüvəsinin rahatlıqla parçalanaraq zəncirvari nüvə reaksiyasını başlatmasıdır. Ən sadə şəkildə desək, mühəndislər mədəndən çıxardılan və tərkibində u-235 və u-238 izotopu olan mineralı kimyəvi reaksiyalardan istifadə edərək qaza çevirirlər. Daha sonra bu qazı yüksək sürətlə dönən slinderin (santrafuj aparatı) içində hərəkət etdirirlər. Nəticədə daha ağır olan u-238 izotopu slinderin divarına, daha yüngül olan u-235 izotopunu mərkəzi nöqtəyə yığır.Beləliklə zənginləşdirilmiş uran əldə edilir. 

Qəbul edilən minumum zənginləşdirmə dəyəri 20 %-dir ki, bu da nüvə silahı hazırlamaq üçün kifayətdir. Lakin nüvə silahlarında 90 % zənginləşdirilmiş urandan istifadə edilir. Lakin Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin şərhlərinə görə İran 85% uranı zənginləşdirməyi bacarmışdı. Bu isə nüvə silahı əldə etməyin bir addımlığıdır. İsrail qabaqlayıcı tədbir məqsədilə İrana qarşı hərbi əməliyyatlara başlamaqla və iyunun 21-dən 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələrinin İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə bunker əleyhinə ağır bombalar atmaqla İranın uranı zənginləşdirmə proqramları və bütün Nüvə reaktorları məhv edildi. 

________________________________________

What is uranium and uranium enrichment?

Uranium is a radioactive element that is ranked 92nd in the periodic table of chemical elements. In nature, uranium can be found in 3 isotopes: u-238, u-235 and u-234. Small amounts of uranium are found in granite, soil and water. Uranium was discovered by the German chemist M.H. Klaproth in the form of uranium dioxide and named after the planet Uranus.

What is "uranium enrichment"? We often hear this expression in the news, especially after Iran's attempt to obtain nuclear weapons, this expression began to be heard frequently in the world community. As mentioned above, although three isotopes are found in nature, more than 99% of natural uranium is the u-238 isotope. This isotope is considered unsuitable for use in nuclear weapons and reactors. The u-235 isotope is used for these purposes. The reason for this is that the u-235 nucleus easily splits and starts a nuclear chain reaction.  In the simplest terms, engineers convert a mineral extracted from a mine containing the isotopes u-235 and u-238 into a gas using chemical reactions. They then move this gas through a high-speed rotating cylinder (centrifuge). As a result, the heavier isotope u-238 collects on the walls of the cylinder and the lighter isotope u-235 in the center. This produces enriched uranium. 

The minimum enrichment level accepted is 20%, which is sufficient to make a nuclear weapon. However, 90% enriched uranium is used in nuclear weapons. However, according to the comments of the International Atomic Energy Agency, Iran has managed to enrich uranium to 85%. This is one step towards obtaining a nuclear weapon.  With Israel launching military operations against Iran as a preemptive measure and the US Air Force dropping heavy anti-bunker bombs on Iran's nuclear facilities in Fordow, Natanz and Isfahan on the night of June 21-22, Iran's uranium enrichment programs and all nuclear reactors were destroyed.