
Məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, əziz dost.
28 May – Müstəqillik Günü münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
İsrail və Azərbaycan arasındakı münasibətlər dərin tarixi kökə malikdir və ortaq dəyərlərimiz, xalqlarımız arasında möhkəm dostluq münasibətləri ilə daha da möhkəmlənib. Bu illər ərzində biz hökumətlərimiz və xalqlarımız arasında qarşılıqlı etimada, xoş niyyətə və həqiqi hörmətə əsaslanan tərəfdaşlığı inkişaf etdirmişik.
Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə HƏMAS-ın ötən il oktyabrın 7-də hücumundan sonra İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm.
Sizin rəhbərliyiniz altında Azərbaycan sabitlik və güc amilinə, firavanlıq mayakına və bütün regionda uğurlu iqtisadi inkişaf modelinə çevrilib.
Təəssüf edirəm ki, gözlənilməz vəziyyət səbəbindən iş qrafikimdə dəyişiklik zərurəti yarandı və bu, məni Azərbaycana çoxdan gözlədiyim səfərimi təxirə salmağa məcbur etdi. Bununla belə, səmimi şəkildə ümid edirəm ki, bizim ortaq maraqlarımızı və istəklərimizi müzakirə etməyə davam edə bilməyimiz üçün ya İsraildə, ya da Azərbaycanda görüşümüzü Sizə münasib vaxta təyin edəcəyik.
Daha uzun illər üçün firavanlıq, dostluq və uğurlar arzusu ilə…”
____________________________________
Israeli Prime Minister Benjamin Netanyahu sent a congratulatory letter to Azerbaijani President Ilham Aliyev.
The letter reads:
“To His Excellency Mr. Ilham Aliyev, President of the Republic of Azerbaijan
Dear Mr. President, dear friend.
I extend my most sincere congratulations to you, your family and the people of Azerbaijan on the occasion of May 28 – Independence Day.
The relations between Israel and Azerbaijan have deep historical roots and have been further strengthened by our shared values and strong friendly relations between our peoples. Over the years, we have developed a partnership based on mutual trust, goodwill and genuine respect between our governments and peoples.
I highly appreciate Azerbaijan’s continued support for the Jewish community and culture, as well as the continued solidarity it has shown to Israel since the Hamas attack on October 7 last year. Your country has shown an unforgettable example of kindness and friendship. I would also like to express my gratitude for Azerbaijan’s role in promoting dialogue between Israel and Turkey and developing regional cooperation.
Under your leadership, Azerbaijan has become a factor of stability and strength, a beacon of prosperity and a beacon of hope for all has become a successful model of economic development in the region.
I regret that due to unforeseen circumstances, my work schedule has had to change, forcing me to postpone my long-awaited visit to Azerbaijan. However, I sincerely hope that we will meet at a time convenient for you, either in Israel or in Azerbaijan, so that we can continue to discuss our common interests and aspirations.
With best wishes for many more years of prosperity, friendship and success…”