
İsrailin Akko şəhərində yerləşən "İsraildə Azərbaycan Evi" Diaspor təşkilatı və Dağ Yəhudilərinin Koordinasiya Mərkəzi Xocalı soyqırımı və erməni terrorçularının törətdiyi dəhşətli qətliamla bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
Bildiririk ki‚ "İsraildə Azərbaycan Evi" Yəhudi Dispor qurumu və təşkilatları hər zaman Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında‚ məkrli erməni lobbisi ilə mübarizədə əlindən gələni etmiş və daim qardaş Azərbaycan xalqının yanında olmuşdur.
Erməni vəhşiliklərinə və ermənilərin Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğal dövründə‚ həmçinin 44 günlük ikinci Qarabağ müharibəsi zamanı‚ müharibədən sonrakı post-müharibə dövründə Azərbaycanın haqq səsinin dünya birliyində müdafiə edilməsində və erməni vəhşiliyinin‚ erməni terrorunun və işğalının dünyaya çatdırılmasında uzun illərdir ki‚ əzmlə mübarizə sərgiləməkdədir.
" İsraildə Azərbaycan Evi"nin və Dağ Yəhudilərinin Koordunasiya Mərkəzinin və Akko şəhər Dağ Yəhudiləri İcması tərəfindən dəfələrlə İsraildə Xocalı faciəsinə və erməni terrorçularının törətdiyi bu dəhşətli və qanlı qətliamın tanınmasına dair müntəzəm olaraq rəsmi tədbirlər və soyqırım həqiqətlərini əks etdirən lövhələr və sərgilər nümayiş etdirilmişdir.
Hər iki adı çəkilən qurum tərəfindən 2020-ci ilin Avqustun 9-da İsrailin Təl-Əviv şəhərinin Yaffo bölgəsində məskən salmış erməni kilsəsi ilə erməni mərkəzinin yerləşdiyi geniş bir ərazidə keçirilmiş və İsrailin hər yerindən gələn xeyli sayda insanı əhatə edən‚ Azərbaycan dövlətinə və Azərbaycan əsgərinə dəstək xarakterli‚ ermənilərin bütün hərbi cinayətlərinə və o zamankı erməni işğalına qarşı izdihamlı aksiya da ermənilərə qarşı genişmiqyaslı və beynəlxalq platformada mübarizənin tərkib hissəsi idi. Ermənilərə qarşı təşkil edilən bütün aksiyalarda və məkrli erməni lobbisinə qarşı mübarizədə açıq şəkildə Azərbaycan dövlətinin mövqeyi müdafiə edilməkdədir. Ermənilər və Ermənistan dövləti bütün tarix səhnəsində cinayətkar ölkə və dövlət kimi iz buraxmış‚ anti-semit‚ faşist ideologiyasına sahib və o cümlədən sovet imperiyası dövründə Azərbaycanın torpaqlarının işğalı nəticəsində‚ məhz Azərbaycanın tarixi torpaqları üzərində yaranmış dövlətdir.
Həmçinin‚ vəhşi erməni terrorçularının Xocalıda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apararaq törətdiyi kütləvi qətliam cə soyqırımı tarixin görünməmiş‚ misli bərabəri olmayan barbarlıqlarından biridir. Hələ sovet dövründən ermənilər azərbaycanlıları bu ərazilərdən sıxışdırıb çıxartmağa başlamışdır. Məhz bu mənfur siyasətin davamı olaraq‚ havadarlarının köməyi ilə öncədən bütünlüklə silahlanmış 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinə hücum edərək şəhərin bütün əhalisini kütləvi məhv etmişdir. Beləcə‚ Xocalı bütün əhalisi ilə birgə dünya xəritəsindən silinmişdir. Xocalıda bu qanlı soyqırımı törədənlər son illərə qədər Ermənistanda rəhbərlildə olmuşdur. Çox təəssüf ki‚ əsrin dəhşətli soyqırımlarından olan Xocalı faciəsini törədən hərbi canilər və erməni terrorçuları bu günə qədər məsuliyyətə cəlb edilməyib.
Beynəlxalq hüququn və beynəlxalq təşkilatların 30 ildə bacarmadığını Azərbaycan əsgəri təkbaşına bacararaq Qarabağı işğaldan azad etmiş və Xocalının günahslz qurbanlarının qisası məhz döyüş meydanında mərdliklə və igidliklə alınmışdır. Xocalı faciəsinin günahsız qurbanlarını hörmətlə anır və Allahdan rəhmət diləyirik. Hər zaman Azərbaycanın yanındayıq.
"İsraildə Azərbaycan Evi"‚
İsraildəki Dağ Yəhudilərinin Koordinasiya
Mərkəzi‚
Akko şəhərindəki Dağ Yəhudiləri İcması,





