İsrailin Kiryat Yam şəhərində yerləşən "Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi" ndə Xocalı soyqırımının günahsız qurbanları anılmış və erməni vəhşiliyini əks etdirən lövhələr nümayiş etdirilmişdir.

Tarix: 28-02-2025, 15:27
İsrailin Kiryat Yam şəhərində yerləşən "Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi" ndə Xocalı soyqırımının günahsız qurbanları anılmış və erməni vəhşiliyini əks etdirən lövhələr nümayiş etdirilmişdir. Həmçinin erməni vəhşiliyindən və barbarlığından bəhs edən bu lövhə, dünyanın bütün ölkələrindən İsrailə gələn və bu Mədəniyyət Mərkəzini ziyarət edən bütün ziyarətçilərə bundan sonra daimi olaraq nümayiş etdiriləcəkdir. Həmçinin İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi, ermənilərin Xocalıda və Qarabağda törətdiyi vəhşilikləri qanlı terorları və soyqırımı aktlarını şiddətlə pisləyən və erməni cinayətlərini protesto edən bəyanatla çıxış edib. Bəyanatda deyilir:

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən Azərbaycanın Xocalı şəhərinin yerlə yeksan edilərək əhalisinin kütləvi məhv edilməsi tarixin ən qanlı soyqırım aktlarından biridir. Biz‚ Yəhudi xalqı tarix boyu soyqırıma və məşəqqətlərə məruz qalmış xalq olaraq qardaş Azərbaycan xalqının kədərinə şərik oluruq. 
2023-cü ilin oktyabrın 7-də vəhşi HƏMAS terrorçularının Yəhudi xalqına qarşı həyata keçirtdiyi dəhşətli soyqırım qətliamı da  Xocalı soyqırımı ilə eynilik təşkil edir və hər iki soyqırımı törədənlər eyni əqidəli terrorçulardır. Hər iki qanlı qətliamın və soyqırımın arxasında eyni qüvvə dayanır. Azərbaycan xalqının kədərini bölüşür və hər zaman Azərbaycanın yanındayıq. Allah doğma və qardaş Azərbaycanı qorusun. 
Yaşasın hər iki xalqın və dövlətin sarsılmaz qardaşlığı


Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi‚

İsrail‚ 
Kiryat Yam şəhəri

25.02.2025 
___________________________________

In the "Cultural Center of Caucasian Jews" located in Kiryat Yam, Israel, the innocent victims of the Khojaly genocide were commemorated and plaques depicting Armenian brutality were displayed.  Also, this plaque, which tells about Armenian brutality and barbarism, will be permanently displayed to all visitors who come to Israel from all countries of the world and visit this Cultural Center.  Also, the Cultural Center of the Caucasian Jews in Israel issued a statement strongly condemning the atrocities committed by the Armenians in Khojaly and Karabakh, the bloody terror and acts of genocide and protesting the Armenian crimes.  The statement reads:

 On the night of February 25-26, 1992, Armenian executioners razed the city of Khojaly to the ground and massacred its population, one of the bloodiest acts of genocide in history.  We, the Jewish people, as a nation that has been subjected to genocide and hardships throughout history, share the grief of the brotherly people of Azerbaijan. 
 The horrifying massacre of the brutal Hamas terrorists against the Jewish people on October 7, 2023 is identical to the Khojaly genocide, and the perpetrators of both genocides are terrorists of the same conviction.  The same force is behind both bloody massacres and genocides.  We share the grief of the Azerbaijani people and are always with Azerbaijan.  May God protect our native and brotherly Azerbaijan. 
 Long live the unbreakable brotherhood of both nations and states


 Cultural Center of Caucasian Jews

 Israel, 
 The city of Kiryat Yam

 25.02.2025