Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail dövlətinin prezidenti İsxak Hersoq yanvarın 21-də Davosda görüşüblər.

Tarix: 22-01-2025, 12:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail dövlətinin prezidenti İsxak Hersoq yanvarın 21-də Davosda görüşüblər. 

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu.

İsxak Hersoq Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirildi.

Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu vurğulandı, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli şəraitin yaradıldığı məmnunluqla qeyd edildi. 

__________________________________

President of the Republic of Azerbaijan Ilham Aliyev and President of Israel Ishak Herzog met in Davos on January 21. 

 During the meeting, it was noted that the bilateral relations between Azerbaijan and Israel have developed successfully.

 Ishak Herzog recalled his official visit to Azerbaijan with pleasure.

 During the conversation, it was reported that cooperation in the economic and commercial sphere was at a good level, and the work of the intergovernmental joint commission was highly appreciated.

 It was emphasized that there are traditional, historical friendly relations between Azerbaijanis and Jews, and it was noted with satisfaction that all-round conditions have been created for representatives of the Jewish community to live in an environment of peace, tranquility and mutual understanding, along with representatives of other communities in our country.