İsrail Təhlükəsizlik Akademiyası: "Baş vermiş təyyarə faciəsi ilə əlaqədar dost və qardaş Azərbaycan xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk".

Tarix: 25-12-2024, 17:19
Azərbaycan Hava Yolları Açıq Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznu xətti ilə hərəkət edən sərnişin təyyarəsinin Qazaxtanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çox sayda insanın həyatını itirməsi xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq. Belə ağır və kədərli gündə qardaş Azərbaycan xalqının kədərinə şərik olur, hər zaman Azərbaycan xalqının və dövlətinin yanında olduğumuzu ifadə edirik. Bütün dost və qardaş Azərbaycan xalqına və dövlətinə və həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, Azərbaycan xalqına dualarımızı göndəririk. 

Faciəvi qəzada həlak olanlara Allahdan rəhmət, sağ qalanlara isə şəfalar diləyirik.

Allah hər zaman qardaş Azərbaycana kömək olsun.

 
Dərin hüznlə,

İsrail Təhlükəsizlik Akademiyası