İsrail Təhlükəsizlik Akademiyası: "Dost və qardaş Azərbaycan dövlətinin və xalqının Zəfər günü bayramını təbrik edirik"

Tarix: 8-11-2024, 11:47
Dost və qardaş Azərbaycan xalqını və dövlətini Şuşanın alınması‚ Zəfər bayramı və 9 Noyabr milli bayraq günü münasibətilə təbrik edirik. 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin igidliyi sayəsində 30 ilə yaxın işğalda qalmış Azərbaycan torpaqları erməni işğalından azad edilmişdir. 2020-ci ilin Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Ermənistan məğlub olduğunu anlayaraq Kapitulyasiya imzalamağa məcbur oldu. Şuşa şəhərinin işğaldan azad edilməsi 44 günlük müharibənin taleyini həll etdi və Azərbaycanın  parlaq qələbəsində açar rolunu oynadı. Odur ki‚ Azərbaycanın işğalçı Ermənistan üzərindəki qələbəsində ən mühüm amil məhz Şuşa şəhərinin azad edilməsi olmuşdur. Şuşa məhz artilleriyasız‚ əlbəyaxa döyüşdə azad edilmişdir. Bu isə Azərbaycan əsgərinin igidliyinin və məğlubedilməzliyinin göstəricisi idi.  
Yəhudi xalqı tarix boyu Azərbaycan xalqının yanında olub. 44 günlük müharibədə də bütün Yəhudi xalqı  qardaş Azərbaycan xalqının yanında oldu. 
Azərbaycanın qələbəsi və sevinci yəhudi xalqının qələbəsi və sevincidir. 

Biz‚ hər zaman qardaş Azərbaycan xalqının və dövlətinin yanındayıq. 
Bu gün‚ 2020-ci ildəki 44 günlük müharibədə qazanılan möhtəşəm və şanlı qələbədən 4 il ötür. Bu şanlı qələbə münasibətilə bütün dost və qardaş Azərbaycan xalqını təbrik edir‚ Azərbaycan xalqına və dövlətinə daim zəfər‚ qələbə sevinci arzu edirik. Azərbaycanın  suverenliyi‚ ərazi bütövlüyü və təhlükəsizliyi daimi‚ əbədi və sarsılmaz olsun.

 Qələbəniz və zəfəriniz mübarək olsun əziz Azərbaycan xalqı. AMİN  


İsrail Təhlükəsizlik Akademiyasının 
Qafqaz üzrə Azərbaycan 
Respublikasındakı Regional
Nümayəndəliyi   

_____________________________________

We congratulate the friendly and brotherly people and state of Azerbaijan on the occasion of the capture of Shusha, Victory Day and November 9 national flag day.  Thanks to the bravery of Azerbaijani soldiers in the 44-day second Karabakh war of 2020, the lands of Azerbaijan, which had been under occupation for nearly 30 years, were freed from Armenian occupation.  With the liberation of Shusha city on November 8, 2020, Armenia realized its defeat and was forced to sign the Capitulation.  The liberation of the city of Shusha from occupation decided the fate of the 44-day war and played a key role in the brilliant victory of Azerbaijan.  Therefore, the liberation of the city of Shusha was the most important factor in Azerbaijan's victory over the invading Armenia.  Shusha was liberated in hand-to-hand combat without artillery.  This was an indicator of the bravery and invincibility of the Azerbaijani soldier.
 The Jewish people have been with the Azerbaijani people throughout history.  During the 44-day war, the entire Jewish people stood by the brotherly people of Azerbaijan.
 The victory and joy of Azerbaijan is the victory and joy of the Jewish people.

 We always stand by the brotherly people and state of Azerbaijan.
 Today‚ it is 4 years since the glorious and glorious victory won in the 44-day war in 2020.  On the occasion of this glorious victory, all friends and brothers congratulate the people of Azerbaijan, we wish the people and state of Azerbaijan constant victory and joy of victory.  May the sovereignty, territorial integrity and security of Azerbaijan be permanent, eternal and unshakable.

  May your victory and victory be blessed, dear people of Azerbaijan.  AMİN  


 Israel Security Academy 
Regional Representation of the 
for the Caucasus in the
Republic of Azerbaijan