Dost və qardaş Azərbaycan dövlətini və xalqını tarixi istiqlaliyyətinin əldə olunmasının və suverenliyinin 33 illiyi münasibətilə təbrik edirik. Azərbaycan xalqı tarixən qanlı müsibətlərə‚ ağır məşəqqətlərə məruz qalmışdır. Azərbaycan xalqı tarix boyu haqqsızlıqlara‚ yadellilərin hücumlarına məruz qalmış və zaman-zaman öz istiqlaliyyətini itirmişdir. 70 il sovet əsarəti zamanı böyük repressiyalara məruz qalan Azərbaycan xalqı nəhayət ağır imperiya siyasətinə yox deyərək qanlı əsarətdən xilas olmuşdur. 1991-ci ilin oktyabrın 18-də qəbul edilən Müstəqillik aktı ilə Azərbaycan öz müstəqilliyini elan edərək öz azadlığına qovuşmuşdur. Və təsadüfi deyil ki‚ Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri məhz İsrail dövləti olub. 1991-ci ilin Dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini tanımış və öz siyasi dəstəyini göstərməyə çalışmışdır. Həmin gündən indiyə İsrail dövləti ilə müstəqil Azərbaycan Respublikasının dostluq əlaqələri başlamış və əlaqələr qardaşlıq münasibətlərinə yükəlmişdir. Azərbaycan İsrailə ən yaxın dost ölkələr sırasındadır. Hətta bu dostluq müttəfiqliyə yüksəlib. İsraillə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində dahi şəxsiyyət Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bu gün Azərbaycan və İsrail dövlətləri arasındakı dostluq münasibətləri prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Azərbaycanda heçbir zaman anti-semitizm olmayıb. Azərbaycan xalqı ilə yəhudi xalqı qardaşlaşmış və qohumlaşmış xalqdır.
Dost və qardaş Azərbaycan Respublikasının və xalqının müstəqillik və suverenlik gününü təbrik edir‚ Azərbaycan xalqına əmin-amanlıq‚ xoşbəxtlik və firəvanlıq arzu edirik. Qardaş Azərbaycanın suverenliyi və təhlükəsizliyi daimi və əbədi olsun. AMİN
İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan
Respublikasındakı Regional
Nümayəndəliyi
_____________________________________
We congratulate the friendly and brotherly state and people of Azerbaijan on the occasion of the 33rd anniversary of its historical independence and sovereignty. Historically, the people of Azerbaijan have been subjected to bloody calamities and severe hardships. Throughout history, the Azerbaijani people have been subjected to injustices and attacks by foreigners and have lost their independence from time to time. During 70 years of Soviet slavery, the Azerbaijani people, who were subjected to great repressions, finally got rid of the bloody slavery by saying no to the harsh imperial policy. With the Act of Independence adopted on October 18, 1991, Azerbaijan declared its independence and regained its freedom. And it is no coincidence that Israel was one of the first states to recognize Azerbaijan's independence. On December 25, 1991, Israel recognized the independence of Azerbaijan and tried to show its political support. From that day until now, friendly relations between the state of Israel and the independent Republic of Azerbaijan began, and the relations have become fraternal relations. Azerbaijan is among Israel's closest friendly countries. Even this friendship has grown into an alliance. Heydar Aliyev, a genius, made great contributions to the establishment and development of relations with Israel. Today, friendly relations between Azerbaijan and Israel are being successfully continued by President Ilham Aliyev.
There has never been anti-Semitism in Azerbaijan. The Azerbaijani people and the Jewish people are fraternal and related people.
Friend and brother, we congratulate the independence and sovereignty day of the Republic of Azerbaijan and its people, we wish peace, happiness and prosperity to the people of Azerbaijan. May the sovereignty and security of brother Azerbaijan be permanent and eternal. AMEN
Israel Security Academy
Regional Representation of the
for the Caucasus in the
Republic of Azerbaijan