İsrail və Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf etməkdə davam edir.
“AS Holdings” və onun törəmə şirkəti, NATO standartlarına uyğun yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq şirkət olan “Ari Arms” 25 sentyabr tarixində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” dövlət şirkəti ilə Strateji Anlaşma Memorandumu (MOU) imzalayıb.
Bu əvəzolunmaz tərəfdaşlıq ölkələri daha da yaxınlaşdırır, müstəqillik və milli təhlükəsizliyi gücləndirmək üçün birgə inkişafa və birgə səylərə kömək edir. İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.
İsrailin Dövlətinin Azərbaycan
Respublikasındakı Səfirliyi
___________________________________
Cooperation between Israel and Azerbaijan continues to grow, also in the field of defense industries.
Israel’s AS Holdings and its subsidiary, Ari Arms—an international company specializing in the manufacturing and development of NATO-standard light arms— signed a strategic Memorandum of Understanding (MOU) on September 25 with Azersilah, a state-owned company under Azerbaijan’s Ministry of Defence Industry.
This invaluable partnership brings the countries closer, fostering co-development and joint efforts to enhance independence and national security. The signing ceremony was attended by representatives from various ministries, agencies, and officials.
Embassy of State of Israel
in Azerbaijan Republic
#ADEX2024