İyunun 24-də dost və qardaş Azərbaycan Respublikasının Daxili İşlər və polis orqanları əməkdaşlarının‚ məhz axtarışda olan şəxsin qanuna müvafiq şəkildə axtarışını və zərərsizləşdirilməsini‚ yəni xidməti vəzifəsini yerinə yetirərkən cinayətkar tərəfindən odlu silahla 3 polis əməkdaşının və bir nəfər isə mülki şəxsin qətlə yetirilməsi xəbərindən dərin kədər hissi keçiririk. Xüsusən barəsində axtarış qərarı olan şəxsi axtarmaq və taparaq qanunun icrasını yerinə yetirmək üçün məsuliyyətə cəlb etmək nəinki Azərbaycanda‚ hətta bütün dünyada polis orqanlarının birbaşa səlahiyyətində olan məsələdir ki‚ cinayətkarı axtarmaq‚ hər nə vasitə ilə olursa olsun onu tapmaq və qanuna təqdim etmək məhz polis orqanlarının xidməti borcudur. Və bu‚ qanunvericilin məhz polis orqanlarından tələbidir. Bu qayda məhz dünyanın bütün ölkələrində eynidir. Bu da o deməkdir ki‚ polis‚ barəsində axtarış qərarı olan cinayətkarı axtarıb tapmalı‚ qanuna müvafiq olaraq onu zərərsizləşdirməli və qanuna təslim etməlidir. Buna qarşı olaraq polisə əl qaldırmaq‚ zor tətbiq etməyə çalışmaq beynəlxalq qanunlarla qadağandır və ağır cinayət əməli hesab olunur. Hələ polisə silah çəkmək‚ polis əməkdaşlarını və mülki vətəndaşı odlu silahla öldürmək birmənalı olaraq qanlı terror hadisəsidir və bağışlanmaz cinayətdir. Polis əməkdaşlarına atəş açmaq və onları qətlə yetirmək qanuna və dövlətçiliyə qarşı yönəlmiş hadisədir. Hər hansısa dövlətin polisini və əsgərini öldürmək beynəlxalq hüquq konvensiyalarına görə ən ağır cinayət əməli və terror aktı hesab edilir. Çünki‚ polis qanunçuluğun‚ ictimai təhlükəsizliyin və əsayişin qorunmasına xidmət edən orqandır və hətta gecə-gündüz bunun keşiyindədir. Polisə odlu silahla atəş açmaq‚ ölkə daxilində həm də ictimai əsayişi pozmaq‚ təxribat yaratmaq deməkdir. Bütün bunlar isə terroçuların fəaliyyətinə xas olan əməldir və birmənalı olaraq terror aktıdır.
Baş verən hadisəyə görə dərin üzüntümüzü ifadə edir‚ şəhid olan polis əməkdaşlarının ailələrinə‚ dost və qardaş Azərbaycan xalqına və Daxili İşlər Orqanlarına dərin hüznlə başsağlığı veririk. Arzu edirik qardaş Azərbaycanın təhlükəsizliyi‚ sabitliyi daimi və əbədi olsun. AMİN.
İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan Respublikasındakı
Regional Nümayəndəliyi