İordaniya dövləti İranın İsrailə hücumu zamanı əsl mərdlik nümayiş etdirdi.

Tarix: 18-04-2024, 21:50
İordaniya dövləti İranın İsrailə qarşı həyata keçirtmək istədiyi genişmiqyaslı hərbi terrorun qarşısının alınmasında misilsiz dəstək göstərmişdir. İranın atdığı raketlər və PUA-ların İordaniya ərazisindən keçən qisminin hamısı İordaniya hərbiçiləri tərəfindən yüksək peşəkarlıqla vuruldu. İranın terror hücumu zamanı İordaniya hərbçiləri də İsrail hərbçiləri ilə birgə İran təhlükəsinə qarşı mərdliklə savaşmışdır.  İranın hərbi hücum xarakterli terroru və hərbi cinayəti nəticəsində İordaniyada azyaşlı bir qızın öldüyü bildirilir. İordaniya hökuməti əsl qonşuluq‚ dostluq və qardaşlıq nümunəsi göstərərək İsraillə çiyin-çiyinə dayandı. İordaniyanın bu mərdliyi və nümunəvi dostluğu və qardaşlığı əsl alqışalayiq haldır. İordaniya hökumətinə və İordni hərbi qüvvələrinə göstərdiyi mərdliyə görə eşq olsun. Kaş Azərbaycanın bütün sərhəd qonşuları İordaniya dövləti kimi mərd ölkələr olaydı. 
İordaniya hökuməti İranın hücumundan öncə sərt şəkildə bəyan etmişdir ki‚ əgər İran rejimi İordaniyanın hava məkanından istifadə edərək İsrailə qarşı hər hansı raket atsa‚ bütün raketlər dərhal vurulacaq. Bundan əlavə İranın İordaniyadakı səfiri İordaniya XİN-ə çağrılaraq hesabat tələb edilmiş və İrana qarşı sərt mövqe ortaya qoyulmuşdur. Həmçinin İordaniya İranın hücumlarına qarşı fövqəladə vəziyyət elan etmişdir. İordaniya hökumətinin İran molla rejiminə qarşı sərgilədiyi davranış həqiqi mənada mərdlik və kişilik nümunəsidir. Göstərdiyi mərdliyə və dürüst mövqeyinə görə İordaniya hökumətinə‚ dövlətinə və xalqına təşəkkürlər. 

Yaşasın dostluq və qardaşlıq!! AMİN 


M. Məmmədov   

_______________________________________

The state of Jordan has shown unparalleled support in preventing the large-scale military terrorism that Iran wants to carry out against Israel.  All of the rockets fired by Iran and UAVs passing through Jordanian territory were shot down by the Jordanian military with high professionalism.  During the terrorist attack of Iran, the Jordanian military together with the Israeli military bravely fought against the threat of Iran.  It is reported that a minor girl died in Jordan as a result of Iran's military offensive terrorism and war crimes.  The Jordanian government stood shoulder to shoulder with Israel, setting an example of true neighborliness, friendship and brotherhood.  This courage and exemplary friendship and brotherhood of Jordan is truly commendable.  Kudos to the Jordanian government and Jordanian military for their bravery.  I wish all the border neighbors of Azerbaijan were brave countries like the state of Jordan.
 Before the attack of Iran, the Jordanian government strongly stated that if the Iranian regime uses Jordanian airspace to fire any missiles against Israel, all missiles will be shot down immediately.  In addition, Iran's ambassador to Jordan was summoned to the Jordanian Ministry of Foreign Affairs and a report was demanded and a tough position against Iran was revealed.  Jordan has also declared a state of emergency against Iran's attacks.  The behavior of the Jordanian government against the regime of the Iranian mullahs is a true example of courage and manliness.  Thanks to the government, state and people of Jordan for their bravery and honest stance.

 Long live friendship and brotherhood!!  AMEN


 M. Mammadov