Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru Pavel Yelizarov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Tarix: 11-02-2024, 14:19
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ümumisrail Dağ Yəhudiləri Birliyi adından şəxsən Sizə və bütün Azərbaycan xalqına Azərbaycan xalqı və bütün azərbaycanlı həmvətənlər üçün böyük Qələbə günü münasibətilə səmimi təbriklərimizi bildirirəm.

Tarixi ədalət zəfər çaldı və Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxdı.

Dağ yəhudiləri və Azərbaycan xalqı müxtəlif dövrlərdə həm sevincli, həm də kədərli günlərdə həmişə bir-birinə qardaş olublar. Biz Azərbaycanın uğurlarına görə çox şadıq.




Dərin hörmət və səmimi təbriklərimlə,


Pavel Yelizarov

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri,

Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru  

İsrail Xarici İşlər Nazirinin Miqrantlarla İş üzrə müşaviri 

Ümumdünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti.