🇮🇱🤝🇦🇿 Fevralın 18-də İsrailin Bakıdakı səfirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib. Təlim ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığımızı möhkəmləndirməyə və genişləndirməyə yönəlmiş davamlı əməkdaşlığın bir hissəsidir.
İsrail Dövlətinin səfiri Corc Dik bunları qeyd edib: “Biz səfirliyin və diplomatik heyətin təhlükəsizliyini təmin etdiklərinə görə Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarına minnətdarıq. Bu birgə təlim çox uğurlu keçdi və ölkələrimizin möhkəm təhlükəsizlik əməkdaşlığına mühüm əlavə idi.
Azərbaycan dövlətinin, bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrail səfirliyinin təhlükəsizliyinə sadiqliyi göz qabağındadır və sarsılmazdır.
Biz ikitərəfli əməkdaşlığımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik”.
_____________________________________
On 18 February, the Embassy of Israel in Baku, together with the Ministry of Internal Affairs and law enforcement agencies of Azerbaijan, held a joint exercise in its premises. The training is a part of the ongoing cooperation between the countries, aimed at solidifying and enhancing our security cooperation.
Ambassador of the State of Israel, @georgedeek, stated the following: “We are grateful to the Azerbaijani law enforcement agencies and all security bodies of Azerbaijan for ensuring the security of the embassy and the diplomatic staff. This joint training was very successful, and it was an important addition to the good security cooperation our countries enjoy.
Azerbaijan’s commitment to the safety and security of all diplomatic missions, including the embassy of Israel, is evident and unwavering.
We look forward to continue strengthening our bilateral cooperation”.