İsrail Təhlükəsizlik Akademiyası: "AŞPA-nın və Fransa Parlamentinin anti-Azərbaycan xarakterli qətnamələri qərəzli və sifarişlidir"

Tarix: 6-02-2024, 21:28
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi Azərbaycana qarşı növbəti ikili standartlardan və qərəzlilikdən xəbər verir. AŞPA-nın bu məntiqsiz və absurd addımı bəzi məkrli qüvvələrin sifarişidir. Bu hal birmənalı olaraq Azərbaycana qarşı təzyiq məqsədi daşıyır. Eyni zamanda həmçinin bu və Fransa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələr ermənipərəstliyin açıq təzahürüdür. Təəssüf ki‚ bəzi dairələr Avropada və dünya birliyində ermənipərəst mövqedən çıxış edirlər. Hazırda Ermənistanda  anti-semitizm tüğyan edir. Ermənilərdən dünyanın hər yerində Yəhudilərə İsrail dövlətinə qarşı anti-semit addımlar‚ düşmənçilik sərgilənir. Ermənistanda tez-tez Sinaqoqa‚ Yəhudi ibadət yerlərinə hücumlar‚ vandalizm aktları baş verməkdədir. Amma çox təəssüfki mövcud dünya birliyi ermənilərin bu qeyri-insani addımlarına göz yumur. AŞPA-nın ən birinci münasibət bildirəcəyi məsələlərdən biri Ermənistandakı anti-semitizm və Yəhudilərə qarşı olan hücumlar‚ Yəhudi dini ibadət yerlərinə və Sinaqoqlara qarşı törədilən vandalizm aktları‚ həmçinin HƏMAS-ın İsrailə qarşı olan terror hücumlarıdır. Amma çox təəssüf ki‚ mövcud dünya birliyində ikili standartlar və qərəzli yanaşmalar mövcuddur. Hazırda AŞPA-nın Azərbaycana qarşı sərgildiyi qərəzli yanaşma da bu ikili standartların açıq təzahürüdür.
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan Nümayəndə heyyətinə qarşı sərgilənən qərəzli davranış ermənipərəst dairələrin və bir çox məkrli qüvvələrin sifarişidir. Ümumiyyətlə bu qurum özü birmənalı şəkildə ermənipərəstlik edərək reallıqdan uzaq‚ heçbir məntiqə sığmayan addımlar atır. Azərbaycan tarixən multikultural dəyərlərə sahib‚ tolerant bir ölkədir və Azərbaycanda bu günə qədər heçbir zaman anti-semitizm halı‚ qeyri millətlərə‚ etnik xalqlara və digər dinlərə qarşı ayrı-seçkilik halı olmayıb. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu ali dəyərlər burada daha da inkişaf etdirilməkdə və qorunmaqdadır. Azərbaycan yüksək ali dəyərlərə malik‚ hüquqi   bir ölkədir. Burada hər zaman bütün fundamental insan haqqları‚ hüququn aliliyi və xüsusən qanunçuluq‚ tolerant və multikultural dəyərlər Azərbaycan dövləti tərəfindən hər zaman qorunmaqdadır. Ermənistan və bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dövləti tərəfindən heçbir zaman qeyri-insani siyasət həyata keçirilməyib. AŞPA-nı və bir çox təşkilatları qərəzli addımlar atmamağa və ikili standartlardan çıxış etməməyə çağırırıq.  

Hazırda AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi yanaşmasından və eyni zamanda Fransa Parlamentinin qərəzli qətnaməsindən dərin təəssüf hissi keçirir və bu halları heçbir məntiqə və reallığa sığmayan‚ heçbir hüquqi əsası olmayan‚ qərəzli addım hesab edirik. 

AŞPA-nın və Fransa Parlamentinin anti-Azərbaycan xarakterli qərəzli qərarını qəti şəkildə pisləyirik. Bütün qərəzli və heçbir hüquqi əsası olmayan anti-Azərbaycan kampaniyalarına qarşı Azərbaycan dövlətinə və xalqına öz dəstəyimizi ifadə edirik. 

Ümid edirik ki‚ AŞPA və bir çox təşkilatlar ikili standartlara əsaslanan qərəzli siyasətinə yenidən baxaraq düzəliş edəcəkdir. 


İsrail Təhlükəsizlik Akademiyasının 
Qafqaz üzrə Azərbaycan Respublikasındakı 
Regional Nümayəndəliyi

____________________________________

Israel Security Academy: "The anti-Azerbaijani resolutions of the PACE and the France Parliament are biased and ordered"


 Failure to accept the credentials of the Azerbaijani delegation at the winter session of the Parliamentary Assembly of the Council of Europe indicates further double standards and bias against Azerbaijan.  This illogical and absurd step of PACE is the order of some insidious forces.  This situation clearly aims to pressure Azerbaijan.  At the same time, this and the resolutions adopted by the France Parliament against Azerbaijan are a clear manifestation of pro-Armenianism.  Unfortunately, some circles take a pro-Armenian position in Europe and the world community.  Currently, anti-Semitism is rampant in Armenia.  Anti-Semitic actions, hostility towards the state of Israel are being exhibited from Armenians to Jews all over the world.  Attacks on Synagogues, Jewish places of worship, and acts of vandalism often occur in Armenia.  But unfortunately, the current world community turns a blind eye to these inhuman steps of the Armenians.  One of the first issues PACE will address is anti-Semitism and attacks against Jews in Armenia, acts of vandalism against Jewish places of worship and Synagogues, as well as terrorist attacks by Hamas against Israel.  But unfortunately, there are double standards and biased approaches in the current world community.  Currently, the biased approach of PACE against Azerbaijan is a clear manifestation of these double standards.
 The biased behavior exhibited against the Azerbaijani delegation at the winter session of the Parliamentary Assembly of the Council of Europe is the order of pro-Armenian circles and many insidious forces.  In general, this institution is unequivocally pro-Armenian and takes steps that are far from reality and do not fit into any logic.  Historically, Azerbaijan is a tolerant country with multicultural values, and there has never been a case of anti-Semitism, discrimination against non-nationalities, ethnic peoples and other religions in Azerbaijan.  After Azerbaijan regained its independence, these higher values ​​are further developed and protected here.  Azerbaijan is a legal country with high values.  Here, all fundamental human rights, rule of law and especially rule of law, tolerant and multicultural values ​​are always protected by the state of Azerbaijan.  Unlike Armenia and many other countries, Azerbaijan has never implemented an inhumane policy.  We urge PACE and many other organizations not to take biased steps and not to use double standards.

 Currently, we deeply regret the approach of PACE towards Azerbaijan and at the same time the biased resolution of the France Parliament, and we consider these cases a biased step that does not fit into any logic and reality, without any legal basis.

 We strongly condemn the biased anti-Azerbaijani decision of the PACE and the France Parliament.  We express our support to the state and people of Azerbaijan against all biased and unfounded anti-Azerbaijani campaigns.

 We hope that PACE and many other organizations will revise their biased policies based on double standards and make amends.


 Israel Security Academy 
Regional Representation of the 
for the Caucasus in the
Republic of Azerbaijan