Mirsamir Məmmədov: "Həmas terrorçuları Fələstin xalqına da bədbəxtlik gətirir"

Tarix: 27-10-2023, 23:06
İsrail qurulduğu gündən bu günümüzə qədər ərazisi və mülki sakinləri ağır və qanlı terrorlara məruz qalıb. Amma Həmasın və İslami Cihad terror quruplaşmalarının Oktyabrın 7-də İsrailə qarşı başlatdığı irihəcmli terror və raket hücumları İsrail tarixində İsrailə və Yəhudilərə qarşı törədilən ikinci və böyük soyqırımı aktı və ikinci Holokost hadisəsidir. Həmas və İslami Cihad terrorçuları bir çox qüvvələrin dəstəyi və yardımı ilə İsrailə minlərlə irihəcmli raketlər atdı. Həmas İsrailin başı üzərindən raket və bombaları yağış kimi yağdırdı. Hücum və raketin sayı o qədər çox və sürətli idi ki‚ İsrailin Dəmir Qübbə Hava Hücumundan Müdafiə Sistemləri bu hücumlarının qarşısını almaqda çətinlik çəkirdi. İsrailə atılan o minlərlə raketin mənbəyi və maddi-texniki bazası Qəzzadakı uşaq evləri‚ uşaq bağçaları‚ məktəblər‚ xəstəxanalar‚ məscid və ibadət yerləridir. Qəzzanı vaxtilə zorla ələ keçirtmiş və hətta Fələstinliləri də əsarətdə zülm içərisində saxlayan Həmas və İslami Cihad Terrorçuları İsrailə qarşı məqsədli şəkildə qəsdən belə həssas obyektləri seçir ki‚ İsrail müdafiə və təhlükəsizlik qüvvələri atılan raketlərə qarşılıq cavab zərbəsi endirdikdə bu obyektlər dağılsın və bütün dünyaya İsrail uşaq evlərini‚ xəstəxaları‚ bağça və məktəbləri vurur və qətliam edir deyərək İsrailə qarşı dünya ictimaiyyətində tamamilə əks fikir formalaşsın. İsrail heçbir zaman Fələstinə toxunmayıb. Radikal fələstinlilər‚ Həmas‚ İslami Cihad terrorçuları mütamadi İsrail ərazilərini raket atəşinə tutur‚ mülki insanları gülləbaran edib öldürür. İsrail sadəcə ərazisini və mülki vətəndaşlarını qorumaq üçün qarşılıq verir. Qəzzada uşaq evlərinin‚ bağça‚ xəstəxana və ibadət yerlərinin dağılmasının səbəbkarı və birbaşa günahkarı Həmas‚ İslami Cihad və radikal terrorçulardır. Bu günə qədər hələ heçbir müsəlman ölkəsi və fələstin xalqı Həmas və İslami Cihad terrorçularına sual verməyib ki‚ İsrailə niyə raketlər atırsınız?? Fələstin xalqı özü də Həmas və İslami Cihadın cəzalandırmasında iştirak etməlidir.Fələstin xalqı ilk olaraq öz daxilindəki vəhşi cinayətkarlardan yaxa qurtarmalıdır. İsrail sadəcə ərazisinə atılan minlərlə raketə qarşılıq zərbəsi endirir‚ terrorçulara qarşı özünümüdafiə əməliyyatı aparır. Bu isə hər bir suveren və müstəqil ölkə kimi İsrailin də haqqı və hüququdur. Heçbir ölkə və heçbir suveren dövlət ərazisinə atılan minlərlə raketə‚ öldürülən yüzlərlə‚ artıq minlərlə vətəndaşının qətlinə‚ ərazilərinin dağıdılmasına göz yuma və biganə qala bilməz. İstənilən bir ölkənin ərazisinə bir neçə raket atılsa dərhal ən ağır şəkildə cavab verər. İsrailə bir neçə yox‚ minlərlə raket atılıb. İndi İsrail də özünə və mülki sakinlərinə qarşı bu ağır təhlükəni zərərsizləşdirmək üçün qarşılıq verir. Terrorçuları zərərsizləşdirmək‚ ərazisini və mülki vətəndaşlarını qorumaq İsrailin hər bir suveren dövlət kimi‚ beynəlxalq hüququdur. İsrail Həmas və İslami Cihad terrorçularından fərqli olaraq Qəzzada qətliam törətməyib və qətliam xarakterli müharibə etmir. İsrail sadəcə terroristlərin hücumlarına cavab olaraq Həmas və İslami Cihadın maddi-texniki bazalarına və hərbi obyektlərə zərbə endirir. Əgər Qəzzada mülki şəxslər bundan zərər görürsə bunun günahkarı Həmas və İslami Cihad terrorçularıdır. Dünya icimaiyyəti və bütün İslam dünyası‚ müsəlman ölkələri və xalqları ilk olaraq Həması‚ İslami Cihadı və onların arxasındakı görünməz qaranlıq əlləri günahlandırmalıdır. Çünki müharibəni İsrail yox‚ məhz Həmas və İslami Cihad terroçuları başladıb‚ İsrail yox. Və həmçinin bu münaqişə İsrail Fələstin münaqişəsi deyil‚ Yəhudi-ərəb müharibəsi deyil. Bu‚ sadəcə bir çox qüvvələrin diktəsilə və məhz həmin bir çox kənar qüvvələrin yararına olaraq məhz Həmas və İslami Cihad terror təşkilatları tərəfindən‚ fələstin xalqına heçbir aidiyyatı olmayan və fələstin xalqının maddi rifah və milli maraqlarına sərf etməyən‚ yalnız Həmas və İslami Cihadın maddi maraqlarına uyğun olaraq İsrailə və Yəhudilərə qarşı terror məqsədilə başladılan münaqişədir. Bu‚ sadəcə İsraillə Həmasın qarşıdurmasıdır. Bu məsələyə İsrail-Fələstin münaqişəsi adı vermək ciddi yanlışlıqdır. İsraildən Fələstinə qarşı bir mərmi belə atılmayıb. Qəzza isə Fələstinin ərazisi deyil. Qəzza zolağı coğrafi baxımdan Misirin ərazisi olub. Daha sonra Fələstin Muxtariyyatının nəzarətinə keçsə də‚ Həmas və İslami Cihad terrorçuları Fələstin Muxtariyyatını Qəzza zolağından sıxışdırıb çıxarıb və Qəzza zolağını zorla ələ keçirərək Qəzzanı Fələstin Muxtariyyatının nəzarətindən ayıraraq anklavı öz əlinə keçirib. Qəzza zolağına Fələstin rəhbərliyi deyil‚ Həmas və digər terrorçular hakimdi.
Hazırda Qəzza zolağına nəzarət edən bu gözü dönmüş‚ barbar‚ vəhşi terrorçularla daim Fələstin Muxtariyyatı arasında da kəskin mübarizə gedir. Qəzza zolağına hakim olan bu terrorçular İsrail və Fələstin arasında sülhün yaranmasını hər zaman hər vasitə ilə əngəlləyiblər. Fələstin Muxtariyyatı daim Həmas və İslami Cihadın sərt təzyiqi və təhdidləri ilə üzləşərək sülh prosesindən  yayınır. Həmas və İslami Cihad terrorçularının vəhşiliyindən‚ Yəhudilərlə bərabər ən çox fələstinlilər də əziyyət çəkir. Qəzza zolağını zorla ələ keçirtmiş bu gözü dönmüş terroristlər nəinki‚ bölgə üçün‚ hətta bütün dünya üçün təhlükədir. Hazırda Həmasın əsirliyində çox sayda ölkədən olan insan var. O ölkələrin hər biri Həmasa təzyiq nümayiş etdirməlidir.

Bütün dəlillər göstərdi ki‚ Qəzzadakı xəstəxanaya raket məhz Qəzzadakı vəhşi terroristlər tərəfindən atılıb. Qəzzadakı xəstəxananı vuran İsrail əsgərləri yox‚ məhz Həmas və İslami Cihaddır.  Səbəbi isə çox sadədir‚ İsrailin Həmasa qarşı raket hücumlarının fonunda Qəzzadakı xəstəxananın vurulması dünyada İsrailə qarşı əks və mənfi rəy yaradacaqdı. Bu səbəblə barbarlar özləri Qəzzadakı xəstəxananı vuraraq öz mülki insanlarını qətlə yetirdilər. Bu‚ Qəzza əhalisinə qarşı məqsədli şəkildə və özlərinin maddi maraqları naminə törədilən ağır qətliam idi. Həmas və İslami Cihad təkcə İsrailə və Yəhudilərə qarşı yox‚ həmçinin Qəzzalılara qarşı da soyqırım aktı törətdilər. Həmas və İslami Cihad bu gün təkcə İsrailə və Yəhudilərə qarşı deyil‚ məhz öz xalqına‚ Qəzza sakinlərinə qarşı da öz maddi maraqları naminə qırğın və soyqırımı törədir. Həmas və İslami Cihad Qəzzadakı bir çox hümanitar əraziləri vuraraq İsraili günahkar göstərməyə çalışır. 
İsrail tərəfi Qəzzadakı Xəstəxananı vurmadıqlarına və Həmas və İslami Cihad terrorçuları tərəfindən məhz Qəzzadan atılan raket zərbəsilə vurulduğuna dair faktları BMT Təhlükəsizlik Şurasına təqdim etdi. Həmas və İslami Cihad üzvləri öz aralarındakı telefon danışıqlarında bunu açıq-aşkar bildirirlər. Artıq dünyanın bir çox medya qurumları Qəzzadakı xəstəxananın İsrail tərəfindən vurulmasına dair yayımladığı xəbərə görə İsraildən üzr istədilər. Artıq Nyu-York Post bununla bağlı rəsmi üzrxahlıq mətni dərc etdi. 
Həmas və İslami Cihad terror quruplaşmaları təkcə İsrail və Yəhudilərə qarşı yox‚ hətta öz xalqına‚ Fələstinlilərə‚ bütün Orta Şərq regionuna və hətta bütün dünyaya qarşı təhlükədir. Həmas və İslami Cihad terrorçuları İŞİD terrorçularını bir neçə dəfə keçdilər. Bu barbar və vəhşi terrorçuların etdiyi vəhşilikləri hətta İŞİD terrorçuları belə etməmişdi. İŞİD belə bu qədərinə imza atmamışdı. Həmas və İslami Cihad terrorçuları bir çox qüvvələrin diktəsilə hətta öz xalqını qətl edəcək qədər‚ öz xalqının xəstəxanasına raket ataraq yüzlərlə insanın diri-diri yanaraq ölümünə səbəb olacaq qədər dinsiz‚ barbar‚ vəhşi və qəddar canilərdir.  
İsrailin mübarizəsi məhz bu əli qanlı terroristlərlə‚ bu vəhşi canilərlədir. Fələstin xalqı da bu terroristlərə qarşı mübarizə aparmalıdır. Çünki‚ bu terroristlər fələstin xalqına da bədbəxtlik gətirirlər. 



Dr. Mirsamir Məmmədov 

İsrail Təhlükəsizlik Akademiyasının 
Qafqaz üzrə Azərbaycan 
Respublikasındakı  Regional 
Nümayəndəliyinin Direktoru 


___________________________________________


Mirsamir Mammadov: "Hamas terrorists
It also brings misery to the Palestinian people."

  From the day Israel was founded until today, its territory and its civilians have been subjected to severe and bloody terror.  But the large-scale terrorist and rocket attacks launched by Hamas and the Islamic Jihad terrorist organizations against Israel on October 7 are the second and major act of genocide against Israel and the Jews in the history of Israel and the second Holocaust event.  Hamas and Islamic Jihad terrorists launched thousands of rockets into Israel with the support and assistance of many forces.  Hamas rained rockets and bombs on Israel.  The attack and the number of rockets were so numerous and fast that Israel's Iron Dome Air Defense Systems had a hard time stopping these attacks.  Children's homes, kindergartens, schools, hospitals, mosques and places of worship in Gaza are the source and logistical base of those thousands of rockets fired at Israel.  Hamas and Islamic Jihad Terrorists, who once seized Gaza by force and oppressed even the Palestinians, deliberately choose such sensitive objects against Israel, so that when the Israeli defense and security forces retaliate against the rockets, these objects will be destroyed and the Israeli orphanages will be destroyed all over the world.  Let the world community form a completely opposite opinion against Israel by saying that it attacks hospitals, kindergartens and schools and commits massacres.  Israel has never touched Palestine.  Radical Palestinians, Hamas, Islamic Jihad terrorists are firing rockets at Israeli territories, shooting and killing civilians.  Israel retaliates simply to protect its territory and its civilians.  Hamas, Islamic Jihad and radical terrorists are directly responsible for the destruction of children's homes, kindergartens, hospitals and places of worship in Gaza.  Until today, no Muslim country and Palestinian people have asked the terrorists of Hamas and Islamic Jihad why they are firing rockets at Israel?  The Palestinian people themselves must participate in punishing Hamas and Islamic Jihad. The Palestinian people must first get rid of the brutal criminals within themselves.  Israel is simply retaliating against thousands of rockets fired into its territory, carrying out a self-defense operation against terrorists.  This is the right and right of Israel, like every sovereign and independent country.  No country and no sovereign state can turn a blind eye and remain indifferent to the thousands of rockets launched into its territory, the killing of hundreds, the murder of thousands of its citizens, and the destruction of its territory.  If several rockets are launched on the territory of any country, it will immediately respond in the most severe way.  Not a few, but thousands of rockets were fired at Israel.  Now Israel is retaliating to neutralize this grave threat to itself and its civilian population.  Neutralizing terrorists, protecting its territory and civilians is Israel's international right, like any sovereign state.  Unlike Hamas and Islamic Jihad terrorists, Israel has not committed a massacre in Gaza and is not waging a murderous war.  Israel strikes the material and technical bases and military facilities of Hamas and Islamic Jihad just in response to terrorist attacks.  If civilians are harmed in Gaza, it is the responsibility of Hamas and Islamic Jihad terrorists.  The world community and the entire Islamic world, Muslim countries and peoples must first blame Hamas, Islamic Jihad and the invisible dark hands behind them.  Because the war was started by Hamas and Islamic Jihad terrorists, not Israel.  And also, this conflict is not an Israeli-Palestinian conflict, it is not a Jewish-Arab war.  This is only at the dictation of many forces and for the benefit of those many external forces, specifically by the terrorist organizations of Hamas and Islamic Jihad, which have nothing to do with the Palestinian people and do not contribute to the material well-being and national interests of the Palestinian people, only in accordance with the material interests of Hamas and Islamic Jihad.  It is a conflict started for the purpose of terrorism against Israel and the Jews.


This is just a conflict between Israel and Hamas.  Calling this issue the Israeli-Palestinian conflict is a serious mistake.  Not a single missile has been fired from Israel against Palestine.  Gaza is not the territory of Palestine.  The Gaza Strip was geographically the territory of Egypt.  Although it later came under the control of the Palestinian Authority, Hamas and Islamic Jihad terrorists forced the Palestinian Authority out of the Gaza Strip and seized the Gaza Strip by force, separating Gaza from the control of the Palestinian Authority and taking over the enclave.  The Gaza Strip was ruled by Hamas and other terrorists, not by the Palestinian Authority.
At the moment, there is a sharp struggle between these blind, barbaric, brutal terrorists who control the Gaza Strip and the Palestinian Authority.  These terrorists who dominate the Gaza Strip have always prevented the establishment of peace between Israel and Palestine by any means.  The Palestinian Authority is constantly avoiding the peace process, facing severe pressure and threats from Hamas and Islamic Jihad.  Palestinians suffer the most from the brutality of Hamas and Islamic Jihad terrorists, along with Jews.  These blind terrorists, who took over the Gaza Strip by force, are a threat not only to the region, but also to the whole world.  Currently, there are many people from many countries in the captivity of Hamas.  Each of those countries should put pressure on Hamas.

 All the evidence showed that the rocket was fired at the hospital in Gaza by the brutal terrorists in Gaza.  It was not Israeli soldiers who shot down the hospital in Gaza, it was Hamas and Islamic Jihad.  The reason is very simple, the shooting of the hospital in Gaza against the background of Israel's rocket attacks against Hamas would create a negative and negative opinion against Israel in the world.  For this reason, the barbarians themselves shot the hospital in Gaza and killed their own civilians.  This was a heavy massacre committed against the people of Gaza purposefully and for their own financial interests.  Hamas and Islamic Jihad committed genocide not only against Israel and Jews, but also against Gazans.  Today, Hamas and Islamic Jihad are committing massacres and genocide not only against Israel and Jews, but also against their own people, the residents of Gaza, for the sake of their material interests.  Hamas and Islamic Jihad are trying to make Israel look guilty by hitting many humanitarian sites in Gaza.  


The Israeli side submitted the facts to the UN Security Council that they did not hit the Hospital in Gaza and that it was hit by a rocket launched from Gaza by Hamas and Islamic Jihad terrorists.  Members of Hamas and Islamic Jihad clearly state this in their telephone conversations.  Many media organizations of the world have already apologized to Israel for the news that they published about the shooting of the hospital in Gaza by Israel.  The New York Post has already published an official apology.
Hamas and Islamic Jihad terrorist organizations are a threat not only against Israel and Jews, but also against their own people, Palestinians, the entire Middle East region and even the whole world.  Hamas and Islamic Jihad terrorists outnumbered ISIS terrorists several times over.  Even ISIS terrorists did not commit the atrocities committed by these barbaric and barbaric terrorists.  Even ISIS did not sign this much.  The terrorists of Hamas and Islamic Jihad are irreligious, barbaric, brutal and brutal criminals who even kill their own people at the behest of many forces, throw rockets into their own hospital and burn hundreds of people alive.
Israel's struggle is with these bloody terrorists, these brutal criminals.  The Palestinian people must also fight against these terrorists.  Because‚ these terrorists also bring misfortune to the Palestinian people.




 Dr.  Mirsamir Mammadov

 Israel Security Academy
Azerbaijan on the Caucasus
Regional in the Republic
Director of the Representative