Həmas və digər terror təşkilatlarının birgə terror hücumu zamanı İsraildə həyatını itirən hər kəsi sayqı ilə anırıq.

Tarix: 13-10-2023, 22:57
Həmas və digər terror təşkilatlarının birgə terror hücumu zamanı İsraildə həyatını itirən hər kəsi sayqı ilə anırıq. Həlak olanların ailələrinə və yaxınlarına‚ bütün Yəhudi xalqına dərin hüznlə başsağlığı verir‚ həlak olanlara Allahdan rəhmət diləyir və məkanları cənnət‚ ruhları şad olsun deyirik. Həmasın raket zərbələri və radikal fələstinli terrorçuların hücumları zamanı yaralananlara şəfa diləyirik. Terrorun dili‚ dini və milliyyəti yoxdur‚ terror Allahın nəzərində ən ağır və bağışlanmaz cinayətdir. İslam dini də terror edənləri‚ qətl törədənləri və günahsız insan qanı axıdanları kəskin şəkildə lənətləyir. Bir günahsız insanı öldürən‚ bütün insanlığı öldürmüş sayılır. Qoca‚ cavan‚ qadın‚ körpə demədən Allahu Əkbər deyib baş kəsən və Allahın adıyla günahsız insan qanı axıdan hər kəs dinsiz və kafirdir. Qəzza zolağını ələ keçirtmiş‚ İran molla rejiminin diktəsilə terror aktları törədən‚ günahsız insan qanı axıdan‚ Həmas‚ İslami Cihad və digər radikal fələstin terror təşkilatları birmənalı olaraq İŞİD-in və ermənilərin etdiklərini edir. Buna dəstək verən İran molla rejimi də kafir hökmdə olan cinayətkar quruplaşmadır. 
İsrailə.qarşı həyata keçirilən bu terror hücumlarının cavabı İsrail əsgərləri tərəfindən ən yüksək səviyyədə verilir və veriləcək. Suveren ərazilərini və mülki sakinlərini xain terror aktlarından və hərbi hücumlardan qorumaq İsrail dövlətinin hüququ və borcudur. Tezliklə bölgədə terrorun və cinayətin kökü kəsiləcək. 
İsrail Azərbaycanın ən etibarlı dostu və müttəfiqidir. İsrail və bütün dünya Yəhudiləri bütün dünya kürsülərində və dünya miqyasında hər zaman Azərbaycanı var qüvvəsilə dəstəkləyib. Biz də bütün savaşlarda hər zaman İsrailin yanındayıq. Hər zaman İsraillə birlikdəyik!!
Allah qardaş İsrail dövlətini və bütün qardaş Yəhudi xalqını mənfur düşmənlərin xain terror hücumlarından qorusun. 

Yaşasın İsrail və Yəhudi xalqı!! AMİN 🇦🇿🤝🇮🇱

M. Məmmədov  

____________________________________

We remember with respect all those who lost their lives in Israel during the joint terrorist attack by Hamas and other terrorist organizations.  We offer our deepest condolences to the families and relatives of those who died, to the entire Jewish people, we pray for God's mercy to those who died, and may their souls rest in heaven.  We pray for the healing of those injured in Hamas rocket attacks and attacks by radical Palestinian terrorists.  Terrorism has no language, religion or nationality, terrorism is the most serious and unforgivable crime in the eyes of God.  The religion of Islam strongly condemns those who commit terrorism, murderers and those who shed innocent human blood.  Whoever kills one innocent person is considered to have killed all humanity.  Anyone who beheads an old man, a young man, a woman, a child, and says Allahu Akbar without mentioning it, and sheds innocent human blood in the name of God, is an irreligious and infidel.  Hamas, Islamic Jihad and other radical Palestinian terrorist organizations, which have seized the Gaza Strip, committed terrorist acts at the behest of the Iranian mullahs' regime, shed innocent human blood, are clearly doing what ISIS and Armenians do.  Iran's mullahs' regime, which supports this, is a criminal organization under infidel rule.
 The response to these terrorist attacks against Israel is and will be given at the highest level by Israeli soldiers.  It is the right and duty of the State of Israel to protect its sovereign territories and its civilian inhabitants from treacherous terrorist acts and military attacks.  Terrorism and crime will be eradicated in the region soon.
 Israel is the most reliable friend and ally of Azerbaijan.  Israel and the Jews of the whole world have always supported Azerbaijan with all their strength in all world forums and on a global scale.  We are always with Israel in all wars.  We are always with Israel!!
 May God protect the brotherly state of Israel and all the brotherly Jewish people from treacherous terrorist attacks by hateful enemies.

 Long live Israel and the Jewish people!!  AMEN 🇦🇿🤝🇮🇱

 M. Mammadov