İsrail Müdafiə Qüvvələrinə terrorçularla mübarizədə uğurlar diləyirik

Tarix: 7-10-2023, 17:33
İsrail Müdafiə Qüvvələrinə terrorçularla mübarizədə uğurlar diləyirik. Həmas terror təşkilatı hazırda İsrailə qarşı müntəzəm olaraq fasiləsiz terror hücumu həyata keçirir. Baş verən terror hücumları nəticəsində İsrailə xeyli sayda bomba düşüb. İsrail hər zaman bölgədə və dünyada sülhün tərəfdarı olub. İsrail dövləti və yəhudi xalqı bu günə qədər heçbir zaman hər hansı münaqişədə maraqlı olmayıb. Əksinə‚ İsrail dövləti və bütün yəhudi xalqı‚ hər zaman bölgədə öz qonşularına qarşı son dərəcə mehribanlıqla yanaşıb. Amma və lakin İsrail dövlətinin və Yəhudi xalqının mehriban‚ səmimi qonşuluq‚ dostluq və nəciblik münasibətinə baxmayaraq‚ qonşu dövlətlərin ərazisindən İsrailə hər zaman bombalar yağıb‚ İsrailin şəhər və küçələrində‚ mərkəz yerlərdə‚ günahasız insanlara qarşı terror aktları törədilib‚ günahsız qanlar axıdılıb. 

İsrail Azərbaycana qardaş ölkədir. Yəhudi xalqı da Azərbaycan və bütün türkdilli xalqlara qardaş xalqdır. 44 günlük İkinci Qarabağ Müharibəsində İsrailin və qardaş yəhudi xalqının misilsiz dəstəyini gördük. Odur ki‚ biz də bütün savaşlarda qardaş yəhudi xalqının və İsrail dövlətinin yanındayıq. Bütün savaşlarda İsraillə bərabərik. 

Həmas və İslami Cihad terror təşkilatlarını silahı yerə qoymağa‚ atəşkəsə və sülhə çağırırıq. İsrail ərazilərinə raket zərbələri endirildikcə‚ İsrailin də anti-terror əməliyyatı keçirtmək və təhlükəni zərərsizləşdirmək hüququ yaranır. Odur ki‚ Həmas və İslami Cihad terror təşkilatları bölgədə müharibə alovunu kükrətdikcə günahsız sivil insanlar‚ mülki vətəndaşlar zərər görəcək. İranın və kənar qüvvələrin diktəsilə İsraili raket atəşinə tutmaq‚ bölgədə sülhü baltalamaqdır. İsrail ərazilərinə atılan ağır raket zərbələri bölgədə sülhü pozmaq‚ Fələstin və İsrail arasındakı münaqişəni daha da alovlandırmaq məqsədi daşıyır. Bu isə ən çox İrana və molla rejiminə sərf edir. Belə olan halda fələstinlilər kənar diktələrə boyun əyməməli və münaqişə yaratmaqdan çəkinməlidir.   🇮🇱🤝🇦🇿


M. Məmmədov   

______________________________

🇮🇱🤝🇦🇿 We wish the Israel Defense Forces success in the fight against terrorists.  The terrorist organization Hamas is currently carrying out regular and non-stop terrorist attacks against Israel.  As a result of the terrorist attacks, a large number of bombs fell on Israel.  Israel has always supported peace in the region and the world.  The State of Israel and the Jewish people have never been interested in any conflict until now.  On the contrary, the State of Israel and the entire Jewish people have always been extremely kind to their neighbors in the region.  However, despite the friendly, sincere neighborly, friendly and noble attitude of the State of Israel and the Jewish people, bombs have always been rained on Israel from the territory of neighboring countries, terrorist acts have been committed against innocent people in the cities and streets of Israel, in central places, and innocent blood has been shed.

 Israel is a sister country to Azerbaijan.  The Jewish people is also a brotherly nation to Azerbaijan and all Turkic-speaking peoples.  In the 44-day Second Karabakh War, we saw the unparalleled support of Israel and the brotherly Jewish people.  Therefore, we stand by the brotherly Jewish people and the state of Israel in all wars.  We are equal with Israel in all wars.

 We call on Hamas and Islamic Jihad terrorist organizations to lay down their weapons, cease fire and peace.  As long as rocket attacks are launched on Israeli territory, Israel also has the right to conduct an anti-terrorist operation and neutralize the threat.  Therefore, as long as Hamas and Islamic Jihad terrorist organizations are fanning the flames of war in the region, innocent civilians and civilians will be harmed.  Firing missiles at Israel at the behest of Iran and foreign forces is undermining peace in the region.  Heavy rocket attacks on Israeli territories are aimed at disrupting the peace in the region and inflaming the conflict between Palestine and Israel.  This benefits Iran and the mullah regime the most.  In such a case, Palestinians should not submit to external dictates and avoid creating conflict.  🇮🇱🤝🇦🇿


 M. Mammadov