Həmas və radikal fələstinli terrorçular İsraili raket atəşinə tutub

Tarix: 7-10-2023, 17:17
Bu gün səhər saatlarından etibarən Qəzza zolağındakı Həmas terror təşkilatı İsrailə qarşı ağır artilleriya və ballistik raket zərbələri ilə hücuma başlayıb. Məhz terrorist İran rejiminin yardımları və dəstəyi ilə Qəzza zolağındakı terrorist quruplaşmalar olan Həmas terror təşkilatı İranın verdiyi irihəcmli kütləvi qırğın silahları ilə İsrailə hücuma keçib.   İranın tabeçiliyi altında olan Həmas  terror təşkilatlarının İsrailə müharibə elan etməsi və  fasiləsiz olaraq İsrailə mülki vətəndaşların sıx yaşadığı ərazilərə‚ evləri və inzibati binaları hədəf alaraq raket atılması birmənalı olaraq İranın istəyidir.  İranın verdiyi maliyyə hesabına və İranın silahları ilə silahlanan Həmas terror şəbəkəsi mütamadi olaraq İsrail ərazilərini‚ mülki vətəndaşları‚ uşaq və qoca demədən hər kəsi hədəf alaraq atəşə tutur. Oktyabrın 7-si səhər saatlarından etibarən isə Həmas  terror quruplaşması İsrail ərazilərini ağır artilleriyadan və ballistik raketlərdən müntəzəm və fasiləsiz atəşə tutub. İsrailin Dəmir Qübbə Hava Hücumundan Müdafiə Sistemləri hər nə qədər raket hücumlarını dəf etsə də‚ mülki sakinlərə ağır ziyan dəyib. Eyni zamanda Həmas üzvü olan radikal fələstinlilər tərəfindən də İsrail küçələrində yerli sakinlərə‚ mülki vətəndaşlara odlu silahlarla hücumlar baş verir. Həmas terror quruplaşmasının üzvü olan radikal fələstinlilər hazırda İsrail ərazilərində mülki vətəndaşların yaşadığı yerlərlə bərabər hökumət binalarını‚ inzibati əraziləri hədəf alaraq terror aktları törətməyə çalışırlar. 

 Məhz İsrailin də öz ərazi bütövlüyünü‚ suverenliyini‚ mülki vətəndaşlarını və  hərbi obyektlərini terror hücumundan qorumaq hüququ vardır. Hər bir müstəqil ölkə və müstəqi dövlət‚ məhz beynəlxalq qanunlarla müdafiə olunmaq‚ özünə‚ vətəndaşlarına‚ mülki sakinlərinə qarşı olan təhlükəni zərərsizləşdirmək hüququna malikdir.  İsrailin də beynəlxalq hüquqa əsasən özünü müdafiə etmək üçün terrorçuları zərərsizləşdirmək‚ terrordan qorunmaq və anti-terror əməliyyatı həyata keçirtmək hüququ vardır. 

M. Məmmədov 
_________________________________________

Today, the Hamas terrorist organization in the Gaza Strip has launched an attack against Israel with heavy artillery and ballistic missile strikes.  With the help and support of the terrorist Iranian regime, the terrorist organization Hamas, which is a terrorist organization in the Gaza Strip, attacked Israel with weapons of mass destruction provided by Iran.  Iran's unequivocal desire is for Hamas terrorist organizations under Iran's control to declare war on Israel and continuously launch rockets at Israel targeting civilian areas, homes and administrative buildings.  The Hamas terrorist network, armed with Iran's weapons and financed by Iran, regularly targets Israeli territories, civilians, children and the elderly.  Since the morning of October 7, the Hamas terrorist organization has regularly and continuously fired heavy artillery and ballistic missiles at Israeli territories.  Although Israel's Iron Dome Air Defense Systems repulsed the rocket attacks, civilian residents were severely damaged.  At the same time, radical Palestinians, who are members of Hamas, attack local residents and civilians with firearms on the streets of Israel.  Radical Palestinians who are members of the terrorist organization Hamas are currently trying to commit terrorist acts targeting government buildings and administrative areas as well as the places where civilians live in Israeli territories.

  Israel has the right to protect its territorial integrity, sovereignty, civilians and military facilities from terrorist attacks.  Every independent country and independent state has the right to be protected by international laws, to neutralize the threat against itself, its citizens, and civilian residents.  According to international law, Israel also has the right to neutralize terrorists, protect against terrorism and carry out anti-terrorist operations in order to defend itself.  

M. Mammadov