İsrail Təhlükəsizlik Akademiyası: "Qarabağdakı qanunsuz erməni birləşmələrini və terrorçuları zərərsizləşdirmək Azərbaycan dövlətinin beynəlxalq hüququdur.

Tarix: 20-09-2023, 15:32
Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının bir qurup əməkdaşlarının ermənilərin mina terroruna məruz qalaraq şəhid olması xəbərindən sarsıntı və kədər hissi keçiririk. Ermənistan bölgədə terror ocaqları yaradıb və çox sayda günahsız Azərbaycan əsgəri və mülki sakinlər ermənilərin mina terrorunun qurbanı olur. Qarabağdakı erməni birləşmələrinin törətdiyi əməllər heçbir insanlıq qanunlarına sığmayan‚ qeyri-insani hərəkətlərdir. Qanunsuz erməni birləşmələrinin Qarabağda əraziləri minalaması birmənalı olaraq terror əməlidir və erməni birləşmələri bu cinayətləri ilə bütün əndazələri aşmaqdadır. Ermənilərin kəşfiyyat və diversiya quruplarının Azərbaycan Respublikası ərazisinə sızaraq gediş-gəliş yollarına mina basdırması nəticəsində hərbiçilər‚ polis əməkdaşları ilə birlikdə mülki vətəndaşlar da qanlı terrorun qurbanı olur. Bütün bu qanlı əməllərin məsuliyyəti Qarabağdakı qanunsuz erməni separatçıları ilə birlikdə birmənalı olaraq Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir. Ermənistan tərəfi öz havadarlarının çirkin və məkrli təhriklərindən çəkinməli‚ bölgədə mina terroruna son qoymalı‚ Azərbaycana qarşı təxribat əməllərindən‚ terrorçuluq və qəsbkarlıq siyasətindən əl çəkməlidir. Başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində və suveren sərhədlərinin daxilində terror və hərbi təcavüz aktı törətmək‚ təxribat yaratmaq‚ kəşfiyyat və diversiya hərəkətləri həyata keçirtmək beynəlxalq qanunlarla ağır cinayətdir. Bu hal birmənalı olaraq terror əməli və hərbi cinayətdir.  Azərbaycan dövlətinin öz inzibati ərazisini‚ suveren sərhədlərini‚ mülki əhalisini və hərbi obyektlərini terrorçulardan qorumaq hüququ vardır. Odur ki‚ Azərbaycan dövlətinin Qarabağdakı qanunsuz erməni birləşmələrinə və terrorçulara qarşı anti-terror əməliyyatı aparmaq məhz beynəlxalq hüquqla Azərbaycan dövlətinin özünümüdafiə hüququ və haqqıdır. Hər bir suveren dövlət öz ərazisini və mülki sakinlərini terrorçulardan və hərbi təcavüzdən qorumağa borcludur. 
Biz‚ Qarabağdakı erməni birləşmələrinin və erməni terrorçularının törətdiyi qanlı əməlləri və terror aktlarını qətiyyətlə pisləyirik. Azərbaycan dövləti öz mövqeyində haqqlıdır və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Hazırda öz ərazisini terrorçulardan təmizləmək üçün Azərbaycan dövlətinin apardığı anti-terror əməliyyatlarına öz dəstəyimizi ifadə edirik və hər zaman dost Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildiririk.  


İsrail Təhlükəsizlik Akademiyasının 
Azərbaycan Respublikasındakı 
Regional Nümayəndəliyi 
_______________________________________

Israel Security Academy: "It is the international right of the Azerbaijani state to neutralize the illegal Armenian formations and terrorists in Karabakh.



 We are shocked and saddened by the news of the martyrdom of a group of employees of the Internal Affairs Bodies of the Republic of Azerbaijan who were subjected to mine terrorism by Armenians.  Armenia has created terrorist hotbeds in the region, and many innocent Azerbaijani soldiers and civilians are victims of Armenian mine terrorism.  The acts committed by the Armenian units in Karabakh are inhuman acts that do not fit into any humanitarian laws.  The mining of territories in Karabakh by illegal Armenian units is clearly an act of terrorism, and the Armenian units exceed all standards with their crimes.  As a result of Armenian intelligence and subversive groups infiltrating the territory of the Republic of Azerbaijan and planting mines on the roads, civilians, along with military personnel and police officers, became victims of bloody terrorism.  The responsibility for all these bloody acts, together with the illegal Armenian separatists in Karabakh, lies unequivocally on the military and political leadership of Armenia.  The Armenian side should refrain from the ugly and insidious provocations of its patrons, put an end to mine terrorism in the region, stop provocations against Azerbaijan, and stop the policy of terrorism and extortion.  Committing an act of terrorism and military aggression, creating sabotage, intelligence and diversion actions in the territory of another country recognized by the international community and within its sovereign borders is a serious crime under international law.  This case is clearly a terrorist act and a war crime.  The state of Azerbaijan has the right to protect its administrative territory, sovereign borders, civilian population and military facilities from terrorists.  Therefore, it is the right and right of self-defense of the Azerbaijani state to conduct an anti-terrorist operation against the illegal Armenian formations and terrorists in Karabakh according to international law.  Every sovereign state has a duty to protect its territory and its civilian inhabitants from terrorists and military aggression.
 We strongly condemn the bloody acts and terrorist acts committed by the Armenian units and Armenian terrorists in Karabakh.  The state of Azerbaijan is right in its position and international law is on Azerbaijan's side.  At present, we express our support for the anti-terrorist operations carried out by the Azerbaijani state in order to clear its territory from terrorists, and we declare that we are always with the friendly state and people of Azerbaijan.


 Israel Security Academy
 in the Republic of Azerbaijan
 Regional Representation