İsrail Təhlükəsizlik Akademiyası: "Hörmətli Mehriban xanım Əliyevanı Doğum Günü münasibətilə təbrik edirik"

Tarix: 26-08-2023, 22:53
Bu gün‚ Avqustun 26-sı Azərbaycan Respublikası Prezidentinin həyat yoldaşı‚ dost və qardaş Azərbaycanın birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür. 

Müasir və müstəqil Azərbaycan dövləti dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qurularkən mükəmməl və ali dəyərlər üzərində qurulmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən sonra Azərbaycana cənab İlham Əliyevin rəhbərlik etməsilə bu ali dəyərlər daha da inkişafetmə mərhələsinə qədəm qoydu. Dövlət başçısı cənab İlham Əliyevin ən yaxın və etibarlı silahdaşı olan‚ ölkənin birinci xanımı‚ Azərbaycanın birinci vitse-prezidenti‚ Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən layihələr və əməli işlər nəticəsində ali və milli dəyərlər‚ insanpərvərlik və hümanizm prinsipləri daha da yüksəldi. Hörmətli birinci xanım Mehriban xanım Əliyevanın rəhbərliyi altında uzun illərdir ki‚ Heydər Əliyev Fondu insani dəyərlərə xidmət edən layihələr icra edir‚ hümanist addımlar atır. Ağır xəstəliyi olan insanların müalicəsi‚ ucqar kənd yerlərində insanların maddi və mənəvi ehtiyacı olan işlərin həyata keçirilməsi‚ ucqar dağ kəndlərində insanlara şəraitlər yaradılması‚ evlər‚ məktəblər‚ xəstəxanalar‚ yollar inşa edilməsi‚ su olmayan kəndlərdə artezianlar tikilməsi‚ aztəminatlı ailələrə‚ şəhid ailələrinə‚ qazilərə edilən yardımlar‚ xaricdə təhsil alan tələbələrin təhsil haqqlarına kömək edilməsi‚ xaricə əməliyyata göndərilən ağır xəstələrin əməliyyat xərcləri və s. saymaqla bitməyən bir çox xeyriyyə işləri hörmətli Mehriban xanım Əliyevanın insanpərvərliyinin və hümanizm nümunəsi olmasının göstəricisidir. Mehriban xanım Əliyeva‚ Leyla xanım Əliyeva və Heydər Əliyev Fondu bütünlüklə ali və insani dəyərlərə xidmət etməkdədir. Azərbaycanın hər yerindən insanlar Mehriban xanım Əliyevaya ümid çırağı kimi baxırlar. Mehriban xanım hər kəsə yardım əlini uzadaraq kömək edir. Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Heydər Əliyev Fondu 2005-ci ildə "Talasemiyyasız Həyat Naminə" layihəsinə start verərək Talasemiyyadan əziyyət çəkən və qan xəstəliyi olan uşaqlara Qan Bankı tərəfindən təmənnasız qan  verilməsinə köməklik edir. Bu insani dəyərlərə xidmət edən hümanizm layihəsi minlərlə xəstə uşağın şəfa tapmasına və minlərlə vaxtsız uşaq ölümünün qarşısının alınmasına xidmət etməkdədir. Ümumilikdə Heydər Əliyev Fondu məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu amala xidmət edir.    
 
Hörmətli birinci xanımın Azərbaycan və İsrail əlaqələrinin möhkəmlənməsində də xüsusi xidmətləri vardır. 

Doğum günü münasibətilə Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edir‚ hörmətli birinci xanıma uzun ömür‚ can sağlığı və işlərində uğurlar arzu edirik. 



İsrail Təhlükəsizlik Akademiyasının 
Qafqaz üzrə Azərbaycan
 Respublikasındakı Regional
 Nümayəndəliyi