İyul ayının 13-də ölkəmizdə rəsmi səfərdə olan İsrail dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.
Dövlət Sərhəd Xidmətinin aparatında rəsmi qarşılanma mərasimi təşkil olunub, İsrailin müdafiə naziri Yoav Qallant fəxri qarovul dəstəsinin önündən keçib, “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.
Görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası və İsrail Dövləti arasında qarşılıqlı faydalı münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyini vurğulayıb.
Müzakirə zamanı qurumlar arasında birgə əməkdaşlıq fəaliyyətlərinə nəzər salınıb, bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolu vurğulanıb, qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
__________________________________________
On July 13, the delegation led by the Minister of Defense of the State of Israel, Yoav Gallant, who was on an official visit to our country, was received by the head of the State Border Service, Colonel-General Elchin Guliyev.
An official welcoming ceremony was held at the State Border Service, the Minister of Defense of Israel Yoav Gallant passed in front of the honor guard and wrote his heartfelt words in the "Honorary Guest Book".
At the meeting, the head of the State Border Service, Colonel-General Elchin Guliyev emphasized that the mutually beneficial relations between the Republic of Azerbaijan and the State of Israel are successfully developing in all directions, including the military and technical field.
During the discussion, joint cooperation activities between the institutions were reviewed, the important role of such visits in the further development of bilateral relations was emphasized, ideas were exchanged on the development of cooperation in areas of mutual interest.