İsrailin Bakıdakı səfirliyinə qarşı planlanan terror aktının qarşısı alınıb.

Tarix: 12-07-2023, 16:34
İsrailin Bakıdakı səfirliyinə qarşı terror aktı hazırlamaqda şübhəli bilinən terrorçu səfirliyin binası yaxınlığında saxlanılıb.

Əfqanıstan vətəndaşı olan terrorçunun səfirliyin binası ilə bağlı məlumat toplamaq üçün qonşu dövlətin (ehtimal ki, İran) ərazisindən Bakıya gəldiyi bildirilir.

Bir müddət əvvəl İsrail kəşfiyyatı “Mossad” Əfqanıstan, Pakistan və Balkan əsilli muzdluların İsrail hədəflərinə hücum etmək üçün istifadə etmək cəhdlərinin qarşısını alıb.

İran rejiminin təlimatlandırdığı bu şəxs (və şəxslər) İran molla rejiminin diktəsilə Bakıda qanlı terror aktı törədəcəkdi. Açıq aşkar görünür ki‚ məkrli İran molla rejimi öz mənfur əməllərindən əl çəkmir. İran molla rejimi qonşusu Azərbaycan əraizində mütamadi terror törətməyə‚ qan tökməyə çalışır. İran molla rejiminin mayası terrorçuluqla‚ qanla yoğrulub. Azərbaycan Xüsusi Xidmət Orqanlarının çevikliyi və operativliyi nəticəsində daha bir qanlı terrorun və günahsız insan qanı axmasının qarşısı alındı. Təhlükəsizlik qüvvələrimiz yüksək peşəkarlıqla qanlı əməlin qarşısını alıb. Molla rejiminin Azərbaycana göndərdiyi terrorçu İranlı yox‚ məhz Əfqanıstan vətəndaşıdır. İzi itirmək üçün və məsuliyyət İrana aid olmaması üçün Əfqanıstanlı birini əməkdaşlığa cəlb edərək Azərbaycana göndərib. Azərbaycan Təhlükəsizlik Orqanlarının ayıq-sayıqlığı‚ peşəkarlığı və çevikliyi bu dəfə də qanlı əməlin qarşısını məharətlə aldı. İran və bütün düşmən qüvvələr bilməlidir ki‚ heçbir qüvvə Azərbaycanda terror‚ qətliam‚ çaxnaşma törədə və qarışıqlıq yarada bilməz.  

Azərbaycan ərazisində baş verə biləcək istənilən bir terror və təxribat əməlində İran molla rejimi birmənalı olaraq günahkardır və mənfur Xomeyni-Xammeyi rejimi məsuliyyət daşıyır. Azərbaycana və İsrailə qarşı planlanan hər bir mənfur əməlin arxasında birmənalı olaraq İran rejimi dayanır və hər bir mənfur əməldə İran dövləti məsuliyyət daşıyır.

____________________________________

🇮🇱 The planned terrorist attack against the Israeli embassy in Baku was prevented.

 A terrorist suspected of preparing a terrorist attack against the Israeli embassy in Baku was detained near the embassy building.

 It is reported that the terrorist, who is a citizen of Afghanistan, came to Baku from the territory of a neighboring country (probably Iran) to collect information about the embassy building.

 Some time ago, Israeli intelligence "Mossad" prevented attempts to use Afghan, Pakistani and Balkan mercenaries to attack Israeli targets.

 This person (and persons) instructed by the Iranian regime would commit a bloody terrorist act in Baku at the behest of the Iranian mullahs' regime.  It is obvious that the insidious regime of Iranian mullahs does not stop their heinous acts.  Iran's mullah regime is trying to commit constant terror and bloodshed in the territory of its neighbor Azerbaijan.  The leaven of Iran's mullah regime is mixed with terrorism and blood.  As a result of agility and efficiency of the Special Service Bodies of Azerbaijan, another bloody terror and the shedding of innocent human blood was prevented.  Our security forces prevented the bloody act with high professionalism.  The terrorist sent by the Mullah regime to Azerbaijan is not an Iranian, but a citizen of Afghanistan.  In order to lose track and not to be held responsible for Iran, he sent someone from Afghanistan to Azerbaijan for cooperation.  The vigilance, professionalism and flexibility of the Azerbaijan Security Authorities skillfully prevented the bloody act this time.  Iran and all hostile forces should know that no force can cause terror, massacre, panic and chaos in Azerbaijan.

 The regime of Iranian mullahs is unequivocally guilty and the hated Khomeini-Khammei regime is responsible for any act of terrorism and provocation that may occur on the territory of Azerbaijan.  The Iranian regime is clearly behind every heinous act planned against Azerbaijan and Israel, and the Iranian state is responsible for every heinous act.