Bu gün dost və qardaş Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna bir gün olan Qurtuluş Günüdür. 30 il öncə Azərbaycanda baş vermiş siyasi hərc-mərclik və bir çox formada siyasi böhrandan və qardaş qırğınından Heydər Əliyev Azərbaycan xalqını xilas etmişdir. Və bu gün də Azərbaycan tarixində Milli Qurtuluş Günü adlanmışdır. Heydər Əliyev həmçinin ali dəyərlərə söykənən tolerant‚ multikultural dövlət qurmuşdur. Burada bütün xalqlar və inanclar qardaşlıq münasibətindədir. Azərbaycanda heçbir zaman milli‚ irqi və dini zəmində ayrı-seçkilik olmamışdır. Heydər Əliyev tərəfindən qurulmuş Azərbaycan dövləti bütün dünyada nümunə olaraq göstəriləcək bir ölkədir. Heydər Əliyev siyasi dühası və ideyaları bu gün də Azərbaycanda layiqincə davam etdirildiyi üçün Azərbaycan dövləti durmadan və yüksələn xəttlə özünün inkişaf yolundadır.
Bu günkü əlamətdar və tarixi qurtuluş günü münasibətilə bütün dost və qardaş Azərbaycan xalqını və Azərbaycan dövlətini təbrik edirik. Azərbaycanın dövlətçiliyi‚ suverenliyi‚ müstəqilliyi‚ ərazi bütövlüyü və təhlükəsizliyi sarsılmaz və əbədi olsun. Dost və qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf‚ əmin-amanlıq‚ firəvanlıq və xoşbəxtlik arzu edirik. Milli Qurtuluş Gününüz mübarək olsun. Amin. 🇮🇱🤝🇦🇿
İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan
Respublikasındakı Regional
Nümayəndəliyi
------------------------------------
Israel Security Academy: "Friend and brother, we congratulate the people of Azerbaijan on the occasion of National Salvation Day"
Today is the Day of Salvation, which is an exceptional day in the history of the friendly and brotherly state and people of Azerbaijan. Heydar Aliyev saved the Azerbaijani people from the political chaos and many forms of political crisis and fratricidal massacre that took place in Azerbaijan 30 years ago. And today is called the Day of National Salvation in the history of Azerbaijan. Heydar Aliyev also built a tolerant multicultural state based on high values. Here all nations and faiths are brothers. There has never been any discrimination on national, racial or religious grounds in Azerbaijan. The Azerbaijani state founded by Heydar Aliyev is a country that will be shown as an example to the whole world. As Heydar Aliyev's political genius and ideas are worthily continued in Azerbaijan today, the Azerbaijani state is constantly on the path of development.
We congratulate all the friendly and brotherly people of Azerbaijan and the Azerbaijani state on this significant and historic day of salvation. Let the statehood, sovereignty, independence, territorial integrity and security of Azerbaijan be unshakable and eternal. We wish the friendly and brotherly state and people of Azerbaijan sustainable development, peace, prosperity and happiness. Happy National Salvation Day. Amen. 🇮🇱🤝🇦🇿
Israel Security Academy
Regional Representation of the
for the Caucasus in the
Republic of Azerbaijan