Bu gün‚ iyunun 14-də Azərbaycanın İsraildəki səfiri hörmətli Muxtar Məmmədov İsrailin Hayfa şəhərində yerləşən və Ben Sion Şmoelovun rəhbəri olduğu Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində qonaq olaraq Mərkəzi ziyarət etmişdir. Mədəniyyət Mərkəzində hörmətli səfirə Mərkəzin gördüyü işlər barədə geniş məlumat verilmişdir.
İsraildə Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində Azərbaycanla bağlı böyük guşə mövcuddur. Ben Sion Şmoelovun rəhbərliyi ilə burada Azərbaycan həqiqətləri və Azərbaycanın Milli maraqları təbliğ olunur və dünyaya çatdırılır. Ben Sion Şmoelov İsraildə Qafqaz Yəhudilərinin dəyərli simalarındandır və İsraildə Azərbaycan həqiqətlərinin təbliğində və dünyaya çatdırılmasında əlindən gələni edir. O və onun rəhbərlik etdiyi qurum və komandası İsraildə gecə-gündüz yorulmadan Azərbaycanı təbliğ edirlər və İsrail və Azərbaycan əlaqələrinin dərinləşməsində və möhkəmlənməsində əlindən gələni etməkdədir. Ben Sion Şmoelovun İsraildə rəhbərlik etdiyi Mədəniyyət Mərkəzində illər öncə Azərbaycan Guşəsinin yaradılması məhz bu amala xidmət edir.
Ümimiyyətlə hər iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri məhz xalqlarımızın qədim köklərə söykənən tarixi qardaşlıq bağlarına əsaslanır. Və təsadüfi deyil ki‚ İsrail dövləti Azərbaycanın müstəilliyini tanıyan ilk dövlətlərdəndir və Azərbaycan müstəqilliyini qazandığı gündən məhz İsraillə çox yüksək əlaqələrə malikdir. Bu əlaqələr zamanla qardaşlıq müstəvisinə və müttəfiqliyə yüksəldi. Azərbaycanlılarla Yəhudilərin dostluğu və qardaşlığı minnilliklər öncəyə gedib çıxır. Əsrlər və yüzillərdir ki‚ Azərbaycan xalqı ilə Yəhudi xalqı arasında sarsılmaz dostluq və qardaşlıq bağları vardır. Və əlbəttə ki‚ İsraillə əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində xalqların qardaşlığı böyük rol oynayıb. Bu hal‚ həm Azərbaycanın‚ həm də İsrailin Dövlət maraqlarına‚ geo-siyasi‚ milli və iqtisadi maraqlarına çox mühüm töhvə və dəstəkdir. İsrail və Azərbaycan arasındakı dərin və sıx dostluq‚ qardaşlıq münasibətləri həm bölgədə‚ həm dünyada hər iki ölkənin təhlükəsizliyinə‚ siyasi və iqtisadi maraqlarına xidmət edir. Bu dostluq və qardaşlıq münasibətlərini daha da dərinləşdirmək və möhkəmləndirmək xalqlarımızın və həmçinin İsrail və Azərbaycanın Dövlət maraqlarının təmin olunması baxımından çox vacibdir. Bu istiqamətdə İsraildə yaşayan yəhudi həmvətənlərimizin və qardaşlarımızın da üzərinə böyük tarixi missiya düşür.
Cənab Binyamin Netanyahu da çox gözəl ifadə etmişdir ki‚ "Çalışıb dostluq körpüsünü daha da möhkəmlətmək lazımdır".
Yəhudi xalqı hər zaman‚ bütün tarix boyu Azərbaycan xalqına qardaş və doğma xalq olub. Harada Yəhudi xalqının bir fərdi varsa‚ orada birmənalı olaraq Azərbaycanın maraqları müdafə olunur və qorunur. Bu hal həqiqi qardaşlıqdan qaynaqlanır. 44 günlük Qarabağ müharibəsində də bütün dünya yəhudiləri ölkəmizə misilsiz dəstək nümayiş etdirdilər.
Hörmətli və dəyərli dostumuz Azərbaycan sevdalısı Ben Sion Şmoelova və Azərbaycanın İsraildəki səfiri hörmətli Muxtar Məmmədova uğurlar olsun!!
Yaşasın Azərbaycan və İsrailin sarsılmaz qardaşlığı!! AMİN.
Mirsamir Məmmədov
___________________________________
Today, on June 14, the Ambassador of Azerbaijan to Israel, Mukhtar Mammadov, visited the Center as a guest of the Cultural Center of Caucasian Jews, located in Haifa, Israel, headed by Ben Sion Shmoelov. At the Cultural Center, the honorable ambassador was given extensive information about the Center's activities.
In the Cultural Center of Caucasian Jews in Israel, there is a big corner about Azerbaijan. Under the leadership of Ben Sion Shmoelov, the truths of Azerbaijan and the national interests of Azerbaijan are promoted and conveyed to the world. Ben Sion Shmoelov is one of the valuable figures of the Caucasian Jews in Israel, and he does his best in promoting the truths of Azerbaijan in Israel and conveying them to the world. He and the organization and team he leads tirelessly promote Azerbaijan day and night in Israel and are doing their best to deepen and strengthen Israel-Azerbaijan relations. The creation of the Azerbaijan Corner at the Cultural Center headed by Ben Sion Shmoelov in Israel many years ago serves this purpose.
Friendship and fraternal relations between Ummia and both countries are based on the historical bonds of brotherhood of our peoples based on ancient roots. And it is no coincidence that the state of Israel is one of the first states to recognize the independence of Azerbaijan, and Azerbaijan has had very high relations with Israel since its independence. Over time, these relations rose to the level of brotherhood and alliance. The friendship and brotherhood of Azerbaijanis and Jews goes back thousands of years. There have been unbreakable bonds of friendship and brotherhood between the Azerbaijani people and the Jewish people for centuries. And, of course, the brotherhood of peoples played a big role in the further expansion and development of relations with Israel. This case is a very important contribution and support to the state interests, geo-political, national and economic interests of both Azerbaijan and Israel. The deep and close friendship and fraternal relations between Israel and Azerbaijan serve the security, political and economic interests of both countries both in the region and in the world. Deepening and strengthening these friendly and fraternal relations is very important from the point of view of ensuring the interests of our peoples and the State interests of Israel and Azerbaijan. In this direction, our Jewish compatriots and brothers living in Israel have a great historical mission.
Mr. Binyamin Netanyahu also expressed very well that, "It is necessary to try and strengthen the bridge of friendship even more".
The Jewish people have always been brothers and native people to the Azerbaijani people throughout history. Wherever there is an individual of the Jewish people, the interests of Azerbaijan are unequivocally defended and protected. This is due to true brotherhood. During the 44-day Karabakh war, Jews from all over the world showed unparalleled support to our country.
Good luck to our dear and valuable friend, Ben Sion Shmoelov, the lover of Azerbaijan, and Mukhtar Mammadov, the ambassador of Azerbaijan to Israel!!
Long live the unbreakable brotherhood of Azerbaijan and Israel!! AMEN.
Mirsamir Mammadov