
İsrailin Turizm və Ticarət Naziri‚ Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri, Yoel Razvozov (יואל רזבוזוב - Yoel Razvozov) Azərbaycanda rəsmi səfərdədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində baş tutan rəsmi görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti, investisiyaların cəlb edilməsi üzrə görülən işlər, #ticarət və #turizm sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.


