Bu gün Azərbaycan Respublikasının Yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunovun doğum günüdür.

Tarix: 25-04-2023, 10:14
Bu gün Azərbaycan Respublikasının Yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunovun doğum günüdür. 
O‚ 25 aprel 1969-cu ildə  Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Milliyyətcə Dağ Yəhudisidir. 
Qarabağ müharibəsi başlayarkən o Gürcüstanda zavodda işləyirdi və Gürcüstandan könüllü olaraq birbaşa cəbhəyə‚ döyüş bölgəsinə yollanır və erməni canilərilə döyüşə başlayır. Albert tankçı idi və döyüşlərdə də tank komandiri olaraq düşmənlə vuruşub. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını, digər texnikalarını məhv edib, qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub. Albertin Şuşada vurub məhv etdiyi tankı ermənilər Şuşada abidə kimi saxlayır 44 günlük müharibə başlayana qədər saxlamışdır və hər il Albertin vurduğu həmin tankı ziyarət edirdilər. Vuruşduğu müddətdə Albert düşmənə o qədər ağır zərbələr endirmişdir ki‚ ermənilər onun başına yüksək pul mükafatı qoymuşdular. Albert Qarabağ müharibəsində həqiqətən bir əfsanəyə çevrilmişdi. Döyüş yoldaşları onun adını yaşatmaq üçün tanklarına Albert adını qoymuşdular. 
 Albert hər iki xalqın qəhrəmanıdır.  
ALLAH rəhmət eləsin. Məkanı cənnət olsun. Nur içində yatsın. AMİN.  


___________________________


Today is the birthday of Albert Agarunovich Agarunov, the Jewish National Hero of the Republic of Azerbaijan.
 He was born on April 25, 1969 in the Amirjan settlement of Baku in a Jewish family.  He is a Mountain Jew by nationality.
 When the Karabakh war started, he was working in a factory in Georgia, and from Georgia he voluntarily went directly to the front, to the war zone, and started fighting with Armenian villains.  Albert was a tankman and fought the enemy in battles as a tank commander.  On May 8, 1992, in the battles for Shusha, he destroyed 2 tanks and other equipment of the enemy and died heroically in an unequal battle.  Armenians keep the tank that Albert shot and destroyed in Shusha as a monument until the start of the 44-day war, and every year they visited the same tank that Albert shot down.  During his fight, Albert inflicted such heavy blows on the enemy that the Armenians placed a high monetary reward on his head.  Albert became a legend in the Karabakh war.  His comrades named their tanks Albert to keep his name alive.
  Albert is a hero of both nations.
 Rest in peace.  May the place be heaven.  May you rest in the light.  AMEN.