Aprelin 7-si Azərbaycanla İsrail arasında hökumətlər səviyyəsində Diplomatik əlaqələrin qurulduğu gündür. İsrail dövləti qurulduğu gündən bu günümüzə qədər bütün türkdilli xalqlara dost və qardaş münasibəti göstərib. Yəhudi xalqı ilə Türk xalqlarının minillərə söykənən tarixi dostluğu vardır. Və təsadüfi deyil ki‚ 1991-ci ildə Azərbaycan müstəqillik qazanan zaman İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. 1991-ci ilin dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci ilin fevralında Azərbaycanın müstəqilliyinin BMT TŞ-da müzakirəyə çıxarıldığı zaman BMT TŞ-nın sədri İsrail idi və məhz İsrailin və Yəhudi lobbisinin dəstəyi nəticəsində BMT TŞ-da Azərbaycanın müstəqilliyi müzakirəyə çıxarılır. BMT-də Müstəqilliyimizin tanınmasına ilk səs verən ölkə də məhz İsrail olub. İsraildən sonra isə Təhlükəsizlik Şurasının 5 daimi üzvləri olan ABŞ daha sonra isə İngiltərə‚ Fransa və Çin-in ardından Rusiya Azərbaycanın lehinə səs vermişdir və beləliklə Azərbaycan suveren və müstəqil ölkə olaraq tanınaraq BMT-yə daxil olmuşdur. Həmin vaxtdan İsraillə Azərbaycanın diplomatik münasibətləri sürətlə inkişaf etməyə başladı. 1992-ci ilin aprelin 7-də isə hökumətlərarası Diplomatik əlaqələr quruldu. 1993-cü ilin avqustunda isə İsrailin Azərbaycanda səfiriliyi açılıb.
Bu 30 il vaxt ərzində İsraillə Azərbaycanın diplomatik münasibətləri dostluq‚ qardaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldi. Əlbəttə ki‚ bu münasibətlərin dərinləşməsində Azərbaycandakı Yəhudi icmalarının‚ Azərbaycandan İsrailə köçən Yəhudilərin böyük rolu olmuşdur. Azərbaycandan İsrailə köçən Yəhudilər öz vətənləri Azərbaycanla İsrail dövləti arasında yaxşı münasibətlərin qurulması üçün əllərindən gələni ediblər. Birinci və ikinci Qarabağ müharibəsində də Yəhudilər Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə könüllü iştirak ediblər. Onlardan Milli Qəhrəman Albert Aqarunov və bir neçəsi şəhid olmuşdur.
Birinci Qarabağ müharibəsi zamanı İsrail Azərbaycana əlindən gələn dəstəyi göstərmişdir. Həmçinin 2016-cı ilin Aprel döyüşləri zamanı da‚ 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsi zamanı da İsrail dövlətinin‚ Yəhudi lobbisinin və dünya Yəhudilərinin Azərbaycana misilsiz dəstəyi oldu. Bu gün İsrail dövləti Azərbaycanın ən etibarlı hərbi və strateji müttəfiqidir. Azərbaycanın müdafiə sahəsindəki tələbatının çox hissəsini İsrail təmin edir. Bu gün İsrail Azərbaycanın əsas silah və hərbi texnika təminatçısıdır. Münasibətlər təkcə hərbi sahədə deyil‚ təhlükəsizlik‚ iqtisadi‚ tibbi və mədəni sahələrdə də İsraillə çox əhəmiyyətli əməkdaşlıq mövcuddur. İsraillə diplomatik münasibətlər və müttəfiqlik təkcə hökumətlərarası deyil. Azərbaycan xalqı ilə Yəhudi xalqı arasında hələ min illərə söykənən dərin dostluq və qardaşlıq münasibətləri mövcuddur. Hər iki xalq arasında əsrlər öncəyə gedib çıxan dərin mədəni əlaqələr mövcuddur. Yəhudilərin Qafqazda və Azərbaycanda yaşadığı 2600-2700 illik qədim bir dövr ərzində Azərbaycan xalqı ilə dostluq və qardaşlıq ənənəsi mövcud olmuşdur. Yəhudilər bu günümüzə qədər hər zaman bütün tarix boyu Azərbaycana sadiqlik göstəriblər. Dünyanın hər yerində Azərbaycançılığı təbliğ ediblər. Azərbaycanın milli maraqlarına hər zaman son dərəcə sadiq olublar. Bu gün İsrail dövləti və dünya Yəhudiləri Azərbaycanın ən etibarlı dostu və müttəfiqidir. Beynəlxalq Yəhudi təşkilatları da öz çıxışlarında və bəyənatlarında bunu dəfələrlə bəyan edərək daim Azərbaycan dövlətinə və xalqına xeyir-dua arzu ediblər.
Dr. Mirsamir Məmmədov
İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan
Respublikasındakı Regional
Nümayəndəliyinin Direktoru
____________________________________
Mirsamir Mammadov: "Israel is Azerbaijan's most reliable friend and ally in the world"
April 7 is the day of establishment of diplomatic relations between Azerbaijan and Israel at the government level. The state of Israel has been friendly and brotherly to all Turkic-speaking peoples since its foundation until today. The Jewish people and the Turkish people have a historical friendship based on thousands of years. And it is no coincidence that when Azerbaijan gained independence in 1991, Israel was one of the first countries to recognize Azerbaijan's independence. On December 25, 1991, Israel recognized the independence of Azerbaijan. In February 1992, when Azerbaijan's independence was discussed at the UN Security Council, Israel was the chairman of the UN Security Council, and it was because of the support of Israel and the Jewish lobby that Azerbaijan's independence was discussed at the UN Security Council. Israel was the first country to vote for the recognition of our independence at the UN. After Israel, the United States, which is the 5 permanent members of the Security Council, followed by England, France and China, Russia voted in favor of Azerbaijan, and thus Azerbaijan was recognized as a sovereign and independent country and entered the UN. From that time, diplomatic relations between Israel and Azerbaijan began to develop rapidly. On April 7, 1992, intergovernmental diplomatic relations were established. In August 1993, the embassy of Israel was opened in Azerbaijan.
During these 30 years, diplomatic relations between Israel and Azerbaijan rose to the level of friendship, brotherhood and alliance. Of course, the Jewish communities in Azerbaijan and the Jews who moved from Azerbaijan to Israel had a great role in the deepening of these relations. The Jews who moved from Azerbaijan to Israel did their best to establish good relations between their homeland Azerbaijan and the state of Israel. In the first and second Karabakh war, Jews voluntarily participated in the battles for the protection of the territorial integrity of Azerbaijan. Among them, National Hero Albert Agarunov and several others were martyred.
During the first Karabakh war, Israel supported Azerbaijan as much as possible. Also, during the April battles of 2016 and during the 44-day second Karabakh war of 2020, the state of Israel, the Jewish lobby and world Jews had unparalleled support for Azerbaijan. Today, the state of Israel is the most reliable military and strategic ally of Azerbaijan. Israel provides most of Azerbaijan's defense needs. Today, Israel is the main supplier of weapons and military equipment to Azerbaijan. Relations are not only in the military sphere, there is also very important cooperation with Israel in the security, economic, medical and cultural spheres. Diplomatic relations and alliance with Israel are not only intergovernmental. Deep friendship and fraternal relations exist between the Azerbaijani people and the Jewish people, which are still based on thousands of years. Both nations have deep cultural ties that go back centuries. During an ancient period of 2600-2700 years when Jews lived in the Caucasus and Azerbaijan, there was a tradition of friendship and brotherhood with the Azerbaijani people. Jews have always shown loyalty to Azerbaijan throughout history until today. They have promoted Azerbaijanism all over the world. They have always been extremely loyal to the national interests of Azerbaijan. Today, the state of Israel and the Jews of the world are the most reliable friends and allies of Azerbaijan. International Jewish organizations have repeatedly stated this in their speeches and endorsements and have always wished blessings to the state and people of Azerbaijan.
Dr. Mirsamir Mammadov
Director of the Regional Representation
of the Israeli Security Academy
in the Caucasus in the Republic
of Azerbaijan