Rəhim Ağalarov: "İsraildə Azərbaycanın Səfirliyinin açılması hər iki ölkənin və xalqın tarixində əlamətdar hadisədir"

Tarix: 2-04-2023, 22:06
İsraildə Azərbaycanın Səfirliyinin açılması hər iki ölkə tarixində çox uğurlu hadisədir. Bu uğurlu addım hər iki ölkənin və hər iki xalqın tarixində yeni bir strateji mərhələnin başlanğıcı deməkdir və dostluqda‚ əməkdaşlıqda və müttəfiqliyin möhkəmlənməsində yeni bir səhifə açacaqdır.  

Bu fikirləri‚ İsraildə Azərbaycan Səfirliyinin açılmasından danışarkən‚ Rusiya Yəhudi Konqresinin üzvü Rəhim Ağalarov deyib. Konqres Nümayəndəsi bildirib ki‚ Səfirliyin açılması Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı tarixi dostluğu və qardaşlıq bağlarını daha da möhkəmləndirəcək. İsrail və Azərbaycan dünya səviyyəsində müttəfiq və dost ölkədir. Hər iki ölkə hər zaman bir-birinə dəstək olmağa çalışıb. Birinci və ikinci Qarabağ müharibələrində İsrail var qüvvəsi ilə Azərbaycan xalqının və dövlətinin yanında oldu. Bütün dünya Yəhudiləri Azərbaycana öz dəstəyini ifadə edərək Qarabağın azad edilməsi istiqamətində dünya birliyinə çağırışlar etdilər. Yəhudi xalqı tarix boyu Azərbaycan xalqı ilə birlikdə olub və bu gün də Yəhudi xalqı Azərbaycan xalqının və dövlətinin yanındadır. İsrail və Azərbaycan enerji‚ iqtisadi‚ hərbi və təhlükəsizlik sahələrində etibarlı müttəfiqdirlər. Hər iki ölkə arasında strateji əməkdaşlıq daha da genişlənir. İsrail və Azərbaycanın dostluğu‚ strateji və hərbi əməkdaşlığı bölgədə sülh və sabitliyin qorunmasına öz töhvəsini verir. İsrail və Azərbaycanın müttəfiqliyi ilk öncə sülh və sabitliyə xidmət edir. Bu‚ ən çox bölgədəki xalqların rahat və firəvan yaşamasına mühüm töhvədir. İsrail dövləti bütün türk dünyasına və türk xalqlarına dost və qardaş ölkədir. Yəhudilərlə Türk xalqları arasında qədim tarixdən üzübəri dostluq münasibətləri mövcuddur. Azərbaycanın İsraildə Səfirliyinin açılması eyni zamanda bu dostluqları daha da inkişaf etdirəcək və möhkəmləndirəcəkdir. Bu səbəbdən İsrialdə Azərbaycanın Səfirliyinin açılması çox vacib məsələ idi və son dərəcə stateji və əlamətdar hadisədir. Hər iki ölkə və xalq üçün xeyirli və uğurlu olsun‚ deyə Rəhim Ağalarov qeyd edib. 



Rəhim Ağalarov 

Ümum Rusiya Yəhudi Konqressinin‚

Rusiya Azərbaycan Konqresinin‚ Rusiya Azərbaycan Diasporasının və
Rusiya İnşaatçılar Assosiyasiyasının 
üzvü‚ 
beynəlxalq inşaat mühəndisi


___________________________________


Rahim Agalarov: "The opening of the Embassy of Azerbaijan in Israel is a significant event in the history of both countries and peoples."


   The opening of the Embassy of Azerbaijan in Israel is a very successful event in the history of both countries. This successful step marks the beginning of a new strategic phase in the history of both countries and both peoples and will open a new page in friendship, cooperation and strengthening of alliance.

  Rahim Agalarov, a member of the Russian Jewish Congress, said these thoughts while talking about the opening of the Azerbaijani Embassy in Israel. The representative of the Congress said that the opening of the embassy will further strengthen the historical friendship and fraternal ties between the Azerbaijani people and the Jewish people. Israel and Azerbaijan are allied and friendly countries at the world level. Both countries have always tried to support each other. In the first and second Karabakh wars, Israel stood by the people and state of Azerbaijan with all its strength. The Jews of the whole world expressed their support for Azerbaijan and called on the world community to liberate Karabakh. The Jewish people have been with the Azerbaijani people throughout history, and today the Jewish people are with the Azerbaijani people and state. Israel and Azerbaijan are reliable allies in the fields of energy, economy, military and security. Strategic cooperation between the two countries is expanding. The friendship, strategic and military cooperation of Israel and Azerbaijan contributes to the maintenance of peace and stability in the region. The alliance between Israel and Azerbaijan primarily serves peace and stability. This is an important contribution to the comfortable and prosperous life of most people in the region. The State of Israel is a friendly and brotherly country to the entire Turkic world and the Turkic peoples. Friendly relations exist between Jews and Turkic peoples since ancient times. The opening of the Embassy of Azerbaijan in Israel will further develop and strengthen these friendships. For this reason, the opening of the Embassy of Azerbaijan in Israel was a very important issue and is an extremely strategic and significant event. Let it be good and successful for both countries and people, said Rahim Agalarov.



  Rahim Agalarov

  All Russian Jewish Congress

  Russian Azerbaijani Congress, Russian Azerbaijani Diaspora and
  Russian Association of Builders
  member
  international civil engineer