Azərbaycan-İsrail münasibətləri

Tarix: 24-03-2023, 23:19
Azərbaycan və İsrail dostluğu, birliyi qədim tarixi köklərə əsaslanır. Bu əlaqələr yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixə bağlıdır. Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə aşkenazilər ilk dəfə olaraq Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub.
Hazırda Bakı şəhərində yəhudilərin 3 sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir.
Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. İki ölkə arasında əməkdaşlıq, tarixən mövcud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma olub.
Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Jurnalistin “Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?” sualına o belə cavab vermişdir: “Mən bu torpağın övladıyam, burada doğulmuşam, burada yaşayıram, daha heç nə məcbur eləmir”. Bu cavab, əslində, Azərbaycanda yaşayan yəhudilərin torpağımıza, millətimizə bağlılığının bariz sübutudur.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən cəmi iki ay sonra, yəhudi xalqının müstəqil ölkəsi İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur.Həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənmişdir.
Dağlıq Qarabağ ərazisində Ermənistan-Azərbaycan toqquşması ilə bağlı atəşin yatırılmasına çağıran beynəlxalq qurumların mövqeyinə baxmayaraq, artıq 5 ildir ki, İsrail Azərbaycanın silah və yüksək texnologiyalarla bağlı əsas təchizatçısına çevrilib. Azərbaycan İsrail arasında hərbi əməkdaşlıq daha da genişlənib və   gələcəkdə İsrail istehsalı olan “intiharçı dron”  tipli qurğuların təchizatı da nəzərdə tutulur. Sözügedən texnologiya, radio dalğalardan istifadə edərək, düşmənin mövqeyini təyin etmək və onu asanlıqla məhv etmək iqtidarına malikdir. Xatırladaq ki, buna qədər, Azərbaycan hərbi qüvvələri belə texnologiyadan istifadə etməyib.
Digər tərəfdən, Azərbaycan, öz tərəfdaşına onun istehsal edə bilmədiyi bir məhsul – neft təklif edir. İsrailin 40 milyon barel və ya 1,5 milyard dollar dəyərində illik neft idxalı (ümumi idxalın 40%-i) Azərbaycandan tədarük olunur.
Bundan əlavə, İsrailin EAPC Boru Kəmərləri Şirkəti, Türkiyəyə nəql edilən Azərbaycan neftinin tankerlər vasitəsilə Türkiyədən Aşkelonaya, İsrailin Aralıq dənizindəki limanına göndərməyi planlaşdırır.
İsrail, Azərbaycan ilə enerji sahəsində xüsusi əlaqələr qurmaqla, tankerlər vasitəsilə Şərqi Asiyanın xam neft daşıyıcısına çevrilməyə hazırlaşır.
İki ölkə birliyi bununla bitmir.
Azərbaycan və İsrail bir çox sahələrdə uğurlu əməkdaşlıq edir.
Bu illər ərzində, ölkələr arasında diplomatik münasibətlər qurulandan bəri İsrailin illik neft tədarükünün 25%-dən 40%-ə qədərinin mənbəyi Azərbaycandadır. 2006-cı ilin iyulunda Milli İnfrastrukturlar Naziri Binyamin Ben Eliezer Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimində iştirak etmişdir . Mərasimdə layihədə tərəfdaş olan ölkələrin bütün rəhbərləri, Türkiyə prezidenti, Türkiyənin baş naziri, Azərbaycan prezidenti, Gürcüstan prezidenti və Rusiya hökumətinin rəsmi nümayəndələri iştirak ediblər. Neft kəməri Azərbaycandan nefti Aralıq dənizi sahilindəki limana aparır. 2006-cı ilin noyabrında İsraildə keçirilən beynəlxalq konfransda neftin Eylat vasitəsilə ixracının lehinə neft kəmərinin İsrailə birləşdirilməsi üçün infrastruktur dəhlizi layihəsi və Eylat-Aşkelon boru kəməri ilə birləşdirilməsinin mümkünlüyü təqdim edildi.
Son illərdə Azərbaycan və İsrail əlaqələri pik müsbət nöqtədədir.
Qarşılıqlı olaraq iki ölkə arasında diplomatik əlaqələrin qurulması, səfirliklərin təsisi bunun əyani sübutudur.
Bu gün iki ölkə dostluğu dünya arenasında yüksək reytinqdədir.
Azərbaycan-İsrail güclü birliyi ilə bu dostluğun əbədi və sarsılmaz olduğunu kainat qarşısında ortaya qoyurlar.
Yaşasın Azərbaycan -İsrail dostluğu və birliyi!
 



Samirə Qasımava

"Magen David Qurup"un 
Azərbaycan Nümayəndəliyinin 
əməkdaşı

_________________________________

Azerbaijan-Israel relations


 The friendship and unity of Azerbaijan and Israel is based on ancient historical roots.  These relations are connected not only to economic-strategic benefit, but also to traditional history.  Azerbaijan has been the center of attention of the world Jewish elite since 1810.  At that time, Ashkenazis began to settle in Baku for the first time.  In 1832, the first houses of worship of Jews were built in Baku.
 Currently, there are 3 Jewish synagogues in Baku.  One synagogue is located in the Guba district of Azerbaijan, in the Red Settlement, where a large community of mountain Jews lives.  It is the only place in the territory of the former Soviet Union where Jews live compactly.
 Jews have always been treated well in Azerbaijan, and there have never been cases of anti-Semitism.  Another factor that brings both countries closer is the Jewish diaspora living in Azerbaijan and more than 80,000 Jews who left Azerbaijan in Israel.  Therefore, it is not correct to attribute the interest of the Israeli state in cooperation with Azerbaijan only to the country's rich energy resources, strategic geopolitical situation, and purely economic and political factors.  The cooperation between the two countries has existed historically, and these relations are based on human values, national-religious tolerance, and mutual understanding.
 It is no coincidence that the name of our National Hero of Jewish origin, Albert Agarunov, is mentioned among the first heroes who were martyred in the Karabakh war.  He destroyed a considerable number of Armenians' manpower and armored vehicles.  The journalist asked, "What makes Jews protect the land of Azerbaijan?"  to the question, he answered: "I am a child of this land, I was born here, I live here, nothing else forces me."  This answer is, in fact, a clear proof of the attachment of Jews living in Azerbaijan to our land and nation.
 Just two months after Azerbaijan gained its independence, Israel, the independent country of the Jewish people, became one of the first countries to officially recognize the new state and established diplomatic relations with Azerbaijan on April 7, 1992.  , as well as in the background of close cooperation in the fields of culture and education, has expanded further.
 Despite the position of international organizations calling for a ceasefire in connection with the Armenian-Azerbaijani conflict in Nagorno-Karabakh, Israel has become the main supplier of arms and high technologies to Azerbaijan for 5 years.  The military cooperation between Azerbaijan and Israel has expanded further, and in the future, the supply of "suicide drone" devices manufactured by Israel is also planned.  The technology in question has the ability to locate the enemy using radio waves and destroy it easily.  It should be noted that until now, Azerbaijani military forces have not used such technology.
 On the other hand, Azerbaijan offers its partner a product that it cannot produce - oil.  Israel's annual oil imports worth 40 million barrels or $1.5 billion (40% of total imports) are supplied from Azerbaijan.
 In addition, Israel's EAPC Pipeline Company plans to send Azerbaijani oil to Turkey via tankers from Turkey to Ashkelon, Israel's port on the Mediterranean Sea.
 Israel is preparing to become East Asia's crude oil carrier through tankers by establishing special relations with Azerbaijan in the field of energy.
 The unity of the two countries does not end there.
 Azerbaijan and Israel have successful cooperation in many fields.
 Over the years, since the establishment of diplomatic relations between the countries, Azerbaijan has been the source of 25% to 40% of Israel's annual oil supply.  In July 2006, Minister of National Infrastructures Binyamin Ben Eliezer participated in the opening ceremony of the Baku-Tbilisi-Ceyhan oil pipeline.  The ceremony was attended by all the leaders of the partner countries in the project, the President of Turkey, the Prime Minister of Turkey, the President of Azerbaijan, the President of Georgia and official representatives of the Russian government.  The oil pipeline transports oil from Azerbaijan to a port on the Mediterranean coast.  At an international conference held in Israel in November 2006, the possibility of connecting the oil pipeline to Israel with the Eilat-Ashkelon pipeline and the infrastructure corridor project was presented in favor of exporting oil through Eilat.
 In recent years, relations between Azerbaijan and Israel are at a peak positive point.
 The establishment of diplomatic relations between the two countries and the establishment of embassies is a clear proof of this.
 Today, the friendship between the two countries is highly ranked in the world arena.
 With the strong union of Azerbaijan and Israel, they reveal to the universe that this friendship is eternal and unbreakable.
 Long live Azerbaijan-Israel friendship and unity!
 


 Samira Gasimava

 "Magen David Group" 
 Azerbaijan Representation
 employee