Rəhim Ağalarov: ADA Universiteti bu gün Azərbaycan dövlətçiliyinə xidmət edən kadrların yetişdirilməsində mühüm əhəmiyyətə malikdir.

Tarix: 6-03-2023, 18:30
Bu gün ADA Universitetinin yarandığı gündür. ADA Universiteti yarandığı gündən Azərbaycanın ən ciddi təhsil müəssisəsi statusu qazanıb. 
ADA Universiteti‚ İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmışdır. Universitet bu günə qədər ölkəmizə yararlı kadrların yetişdirilməsi istiqamətində böyük addımlar atıb və bu sahədə mühüm nailiyyətlər əldə edib. ADA Universitenin fəaliyyət məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayevdir. 
Hafiz müəllim Paşayev görkəmli Azərbaycan ədibi və mütəfəkkiri Mircəlal Paşayevin oğlu və yetirməsidir. Mir Cəlal Paşayevin Azərbaycan Ədəbiyyatında və Azərbaycan Dilçilik elmində özünəməxsus xüsusi yeri və mühüm yaradıcılığı vardır. 
Görkəmli elm və Diplomatiya xadimi Hafiz Paşayev 2 may 1941-ci ildə böyük ədib Mircəlal Paşayevin ailəsində dünyaya göz açmış və atası kimi elmi yaradıcılığa böyük üstünlük vermişdir. O‚ 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir.  Daha sonra isə 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir. 

1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir 


1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir. 

Hafiz Paşayev hazırda 100-dən artıq elmi əsərlərin, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. 
O‚  Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında yaradılan “ADA” Universitetinin rektoru təyin edilib. 
Hafiz Paşayevin bu günə qədər çox sayda gəncin öz layiqli yerini tutmasında böyük əməyi və yardımları olmuşdur. 

Həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsində işlədiyi dövrdə də Azərbaycan dövlətçiliyinə mühüm xidmətləri olmuşdur. 
Eyni zamanda Amerikada səfir işlədiyi dövrlərdə də Azərbaycanı layiqincə təmsil etmiş‚ Azərbaycan həqiqətlərinin Amerika və dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətlər göstərmişdir. 
Azərbaycan və Qərb cəmiyyətləri arasında da əlaqələrin qurulmasında və inkişafında Hafiz Paşayev mühüm əməli işlər həyata keçirtmişdir. Vaxtilə Amerikada səfir işlədiyi zaman Azərbaycan həqiqətlərinin Qərb ictimaiyyətinə çatdırılmasında və erməni riyakarlıqlarının qarşısının alınmasında əlindən gələni etmiş və bu sahədə Azərbaycan dövlətinə və xalqına uğurlu xidmətlər etmişdir.  Hafiz Paşayev həmçinin Qərbdə və Amerikada təhsil alan və elmi dərəcə müdafiə edən azərbaycanlı tələbələrə də var qüvvəsilə dəstək olmuş‚ həmin gənclərin öz yerini tutmasında və Azərbaycana xidmət etməsində əlindən gələni etmiş və öz diqqətini hər kəsə göstərmişdir. Hafiz müəllim böyük bir alim‚ böyük dövlət xadimi‚ Diplomatiyanın nəhəng simalarından olması ilə bərabər‚ həmçinin gözəl ürəyə və qəlbə sahib‚ çox insanpərvər‚ vətənpərvər‚ mərd‚ dürüst‚ alicənab və nəcib bir insandır. Ətrafında onu tanıyan hər kəs daim onun işığından‚ elmi yaradıcılığından‚ həyat fəaliyyətindən və geniş potensialından yararlanmışdır. Hafiz müəllim hər zaman hər kəsə yardım əlini uzadan və hər kəsə qayğı və diqqət göstərən bir insandır. Dəyərli alim‚ dəyərli elm xadimi və dəyərli Diplomat olmaqla bərabər‚ çox dəyərli və müdrik insandır. Bütün bu faktorlar görə‚ ADA Universitetində təhsil alan bütün tələbələrin Hafiz müəllim Paşayevə geniş və böyük sevgisi vardır. Hafiz müəllim öz insanpərvərliyi və nəcib insani keyfiyyətləri ilə hər kəsin sevgisini qazanmışdır. 
ADA Universiteti onu rəhbərliyi ilə bu gün ən mühüm strateji təhsil ocağı olmuşdur.   

Hafiz müəllinə uzun ömür‚  can sağlığı‚ bütün işlərində və elmi fəaliyyətlərində‚ həmçinin  ADA Universitetinin bütün kollektivinə bundan sonrakı fəaliyyətlərində uğurlar diləyirik. 




Rəhim Ağalarov 

Rusiya İnşaatçılar Assosiyasiyasının 
üzvü‚ 
beynəlxalq inşaat mühəndisi‚ 
Rusiya Azərbaycan Diasporasının‚ Konqresinin 
və Ümum Rusiya Yəhudi Konqressinin
 fəal üzvü   



________________________________________


Rahim Agalarov: ADA University is of great importance in the training of personnel serving Azerbaijan statehood today.


 Today is the day ADA University was founded.  Since its establishment, ADA University has gained the status of the most serious educational institution in Azerbaijan.
 ADA University was established on January 13, 2014 by the decree of the President of the Republic of Azerbaijan on the basis of the University of Information Technologies and the Diplomatic Academy of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan.  Until today, the university has taken great steps in the direction of training useful personnel for our country and achieved important achievements in this field.  ADA University's mission is to prepare global leaders in diplomacy, public relations, business, information technology and systems engineering.  The founder of the Academy is Hafiz Pashayev, Deputy Minister of Foreign Affairs of Azerbaijan and former Ambassador of Azerbaijan to the United States.
 Hafiz teacher Pashayev is the son and disciple of Mircelal Pashayev, a prominent Azerbaijani writer and thinker.  Mir Jalal Pashayev has a unique special place and important creativity in Azerbaijani Literature and Azerbaijani Linguistics.
 Hafiz Pashayev, a prominent scientist and diplomat, was born on May 2, 1941, in the family of the great writer Mircelal Pashayev, and like his father, he gave great preference to scientific creativity.  He graduated from the Faculty of Physics of Azerbaijan State University in 1963.  Later, in 1971, he graduated from the Kurchatov Institute of Atomic Energy in Moscow.

 In 1971-1992, he was a research worker and laboratory director at the Institute of Physics of the Azerbaijan National Academy of Sciences.  In 1984, he defended his doctoral thesis and was awarded the scientific degree of doctor of physical sciences.  In 1975-1976, he continued his studies at the University of California, Irvine


 In 1992-2006, he worked as the Ambassador Extraordinary and Plenipotentiary of the Republic of Azerbaijan to the United States (at the same time to Mexico and Canada).

 By the Decree of the President of the Republic of Azerbaijan dated August 14, 2006, the Deputy Minister of Foreign Affairs of the Republic of Azerbaijan - Rector of the Diplomatic Academy of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan was appointed.

 Currently, Hafiz Pashayev is the author of more than 100 scientific works, two monographs, as well as dozens of articles covering various socio-political topics published in the local and world press.
 He was appointed the rector of the "ADA" University, which was established on the basis of the Diplomatic Academy of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan and the University of Information Technologies, by the order of the President of the Republic of Azerbaijan dated January 13, 2014.
 Hafiz Pashayev has contributed a lot and helped many young people to take their rightful place.

 Also, during his tenure as the Deputy Minister of Foreign Affairs of the Republic of Azerbaijan, he made important contributions to the statehood of Azerbaijan.
 At the same time, during his time as ambassador in America, he represented Azerbaijan properly and rendered great services in conveying the truths of Azerbaijan to the American and world community.
 Hafiz Pashayev carried out important practical works in the establishment and development of relations between Azerbaijan and Western societies.  When he used to work as an ambassador in America, he did his best to convey the truths of Azerbaijan to the Western public and to prevent Armenian hypocrisy, and in this field he successfully served the state and people of Azerbaijan.  Hafiz Pashayev also supported with all his might the Azerbaijani students studying in the West and America and defending their academic degrees, did his best to help those young people take their place and serve Azerbaijan, and showed his attention to everyone.  Mr. Hafiz is a great scientist, a great statesman, one of the giants of diplomacy, and also has a beautiful heart and soul, very humanitarian, patriotic, courageous, honest, noble and noble person.  Everyone who knew him around him always benefited from his light, scientific creativity, life activity and wide potential.  Mr. Hafiz is a person who always lends a helping hand to everyone and shows care and attention to everyone.  A valuable scientist, a valuable scientist and a valuable Diplomat, he is a very valuable and wise person.  Due to all these factors, all students studying at ADA University have a wide and great love for teacher Hafiz Pashayev.  Teacher Hafiz won the love of everyone with his humanity and noble human qualities.
 ADA University has become the most important strategic educational institution today under his leadership.

 We wish the author of Hafiz long life, good health, success in all his work and scientific activities, as well as the entire staff of ADA University in their future activities.




 Rahim Agalarov

 Russian Association of Builders
 member
 international civil engineer‚
 Congress of the Russian-Azerbaijani  Diaspora
 and the All Russian Jewish Congress
 active member