Fevralın 26-da İsrailin Akko şəhərində fəaliyyət göstərən Azərbaycan Yəhudilərinin koordinasiya mərkəzi olan "İsraildə Azərbaycan Evi"nin və Ümumİsrail Dağ Yəhudiləri Birliyinin təşkilatçılığı ilə "İsraildə Azərbaycan Evi"ndə "Xocalıya Ədalət" adlı anım tədbiri keçirilib. Anım tədbirinə çox sayda insan qatılıb. Vaxtilə Azərbaycandan İsrailə köçmüş və hazırda İsrailin müxtəlif yerlərində yaşayan azərbaycanlı Yəhudilərlə bərabər‚ azərbaycanlı olmayan Yəhudilər‚ bir neçə təşkilat nümayəndələri və həmçinin media mənsubları da iştirak ediblər. Tədbirə İsrail Müdafiə Nazirliyindən də yüksək rütbəli şəxslər‚ həmçinin İsrail Mədəniyyət Evlərinin icraçı direktoru Ayala Sivan Ben Yosef‚ Tirat ha Karmel şəhərindən Galina Danilova‚ Migdalaimik şəhərinin sədri Dalya Şamilov‚ Karmiel şəhərinin sədri Nadejda Zülfügarova‚ tanınmış beynəlxalq jurnalist Xana Rafael və bir çox önəmli simalar da qatılıblar.
Tədbirdə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iştirakçılara Xocalı soyqırımı haqqında geniş məlumat verilib. 1992-ci ilin Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalıda əliyalın dinc sakinlərə divan tutmasından və Xocalı sakinlərinin bütünlüklə amansızcasına qətl edilməsindən danışılıb və erməni vəhşiliyi və erməni cinayətləri diqqətə çatdırılıb.Tədbiri giriş sözü ilə açan "İsraildə Azərbaycan Evi"nin rəhbəri Nexemiya Şirin Mixaeli Xocalıda baş verən barbarlıq və soyqırımı aktından danışaraq bu vəhşətin dəhşətli terror və hərbi cinayət olduğunu bildirib. Həmçinin o‚ əlavə edib ki‚ Xocalı soyqırımını törədən canilər hələ də cəzalandırılmayıb. Xocalıda azərbaycanlıların başına gətirilən amansız qətliamdan və məşəqqətlərdən geniş danışan Nexemiya Şirin Mixaeli qeyd edib ki‚ Xocalıda Azərbaycanlılara qarşı törədilmiş qeyri-insani və qorxunc barbarlıq aktı ermənilərin etnik təmizləmə siyasətinin nəticəsidir. O‚ bildirib ki‚ Yəhudi xalqı ilə Azərbaycan xalqı dost və qardaş xalqdır və Yəhudi xalqı hər zaman Azərbaycan xalqının və dövlətinin yanındadır.
Nexemiya Şirin Mixaeli əlavə edib ki‚ İsrail dövləti ilə Azərbaycan dövlətinin dostluq münasibətləri bundan sonra daha da möhkəmlənəcəkdir.
Tədbirdə daha sonra çıxış edən Ümumİsrail Dağ Yəhudiləri Birliyinin sədri Pavel Elizarov Xocalıda günahsız və əliyalın dinc sakinlərin məruz qaldığı erməni terrorunu və erməni vəhşiliyini şiddətlə pisləyərək‚ Ümumİsrail Dağ Yəhudilərinin hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib. Daha sonra çıxış edən digər qonaqlar da‚ Nofa Galil şəhərinin cəmiyyət sədri Amir Xanox‚
İsrail Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri Elişa Xanukayev və Rafael Agaronov və digər şəxslər erməni vəhşiliyini şiddətlə pisləyərək dünyanın bu vəhşəti görməsi və tanıması üçün beynəlxalq ictimaiyyətə çağırışlar səsləndiriblər. Tədbirdə çıxış edənlər yekdilliklə bildirib ki‚ dünya ictimaiyyəti və beynəlxalq hüquqi təşkilatlar erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən hərbi cinayətlərə hüquqi qiymət verməlidir.
Birinci Qarabag müharibəsi zamanı erməni işğalçıları ilə döyüşlərdə itgin düşən və 30 ildir haqqında heçbir məlumat əldə olunmayan yahudi əsilli Vügar Mikalovudanın və Azərbaycan Respublikasının Yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi də yad edilib. Həmçinin birinci Qarabağ müharibəsi zamanı itgin düşmüş Vüqar Mikalavudanın yenidən axtarılması üçün xahişlər səsləndirildi.
Tədbirdə Xocalı soyqırımını əks etdirən foto sərgi və erməni vəhşiliyindən bəhs edən videoçarx da nümayiş etdirilib və Xocalı şəhidlərinin ruhlarına dualar oxunub.
____________________________________
A commemorative exhibition of Khojaly genocide victims was held in Akko, Israel.
On February 26, a commemorative event called "Justice to Khojaly" was held at "Azerbaijan House in Israel" organized by "Azerbaijani House in Israel", which is the coordination center of Azerbaijani Jews operating in Akko, Israel and the Union of Mountain Jews of All Israel. Many people attended the memorial event. Along with Azerbaijani Jews who moved from Azerbaijan to Israel and now live in different parts of Israel, non-Azerbaijani Jews, representatives of several organizations and media members also participated. The event was attended by high-ranking officials from the Ministry of Defense of Israel, as well as the executive director of the Israeli Houses of Culture, Ayala Sivan Ben Yosef, Galina Danilova from the city of Tirat ha Karmel, Dalya Shamilov, the mayor of Migdalaimik, Nadejda Zulfugarova, the mayor of Karmiel, well-known international journalist Khana Rafael, and many important figures. have joined.
At the event, first of all, the memory of the victims of the Khojaly genocide was commemorated with a minute of silence. Then the participants were given extensive information about the Khojaly genocide. On the night of February 25-26, 1992, the Armenian armed forces attacked civilians in Khojaly and mercilessly killed all residents of Khojaly, and Armenian brutality and Armenian crimes were brought to the attention. Head of Nehemiya Shirin Mikhail spoke about the act of barbarism and genocide that took place in Khojaly and said that this atrocity is a terrible terrorist and war crime. He also added that the criminals who committed the Khojaly genocide have not been punished yet. Speaking extensively about the merciless massacre and hardships inflicted on the Azerbaijanis in Khojaly, Nehemiya Shirin Mihaeli noted that the inhumane and terrible act of barbarism committed against the Azerbaijanis in Khojaly was the result of the ethnic cleansing policy of the Armenians. He said that the Jewish people and the Azerbaijani people are friendly and brotherly people, and the Jewish people always stand by the Azerbaijani people and the state.
Nekhemia Shirin Mihaeli added that friendly relations between the State of Israel and the State of Azerbaijan will be further strengthened.
Pavel Elizarov, chairman of the Union of All-Israel Mountain Jews, who spoke later at the event, strongly condemned the Armenian terror and brutality inflicted on innocent and disabled civilians in Khojaly, and said that All-Israel Mountain Jews are always with the people of Azerbaijan. Other guests who spoke later, Amir Khanok, the chairman of the society of Nofa Galil city,
Elisha Khanukayev and Rafael Agaronov, high-ranking officers of the Israeli Defense Ministry, and others strongly condemned the Armenian brutality and called on the international community to make the world see and recognize this atrocity. Those who spoke at the event unanimously said that the world community and international legal organizations should give a legal assessment to the war crimes committed by the Armenian armed forces in Khojaly.
During the First Garabagh War, the memory of the Jewish Vugar Mikalovuda, who disappeared in the battles with the Armenian invaders and about whom no information has been obtained for 30 years, and Albert Agarunov, the Jewish National Hero of the Republic of Azerbaijan, were also commemorated. Also, requests were made to search again for Vugar Mikalavuda, who went missing during the first Karabakh war.
At the event, a photo exhibition depicting the Khojaly genocide and a video about Armenian brutality were shown, and prayers were read for the souls of Khojaly martyrs.