İsrailin Akko şəhərində "Xocalıya Ədalət" adlı anım tədbiri keçiriləcək.

Tarix: 21-02-2023, 17:07
İsrailin Akko şəhərində fəaliyyət göstərən Azərbaycan Yəhudilərinin koordinasiya mərkəzi olan "İsraildə Azərbaycan Evi"nin və Ümumİsrail Dağ Yəhudiləri Birliyinin təşkilatçılığı ilə "Xocalıya Ədalət" adlı anım günü tədbiri keçiriləcək. Tədbirdə Xocalı soyqırımını əks etdirən foto sərgi də nümayiş etdiriləcək. Tədbir 26 fevral 2023-cü il tarixində İsrail vaxtı ilə saat 18:30-da İsrailin Akko şəhərində‚ "İsraildə Azərbaycan Evi"nin nəzdində olacaq.  🇮🇱🤝🇦🇿 

____________________________________

A commemorative event called "Justice to Khojaly" will be held under the organization of "Azerbaijan House in Israel", which is the coordination center of Azerbaijani Jews operating in Akko, Israel, and the Union of All-Israel Mountain Jews.  A photo exhibition depicting the Khojaly genocide will also be shown at the event.  The event will be held on February 26, 2023, at 18:30 Israel time, in the city of Akko, Israel, at the "House of Azerbaijan in Israel".  🇮🇱🤝🇦🇿