🇮🇱 🇦🇿 İsrail səfiri: “Azərbaycanın ehtiyac duyduğu hər yerdə ona faydalı olmağa hazırıq" - bunu İsrail səfiri Reporta müsahibəsində bildirib.
İsrail və Azərbaycan çoxdan strateji tərəfdaşdır, onların əməkdaşlığı bir çox sahələri – təhlükəsizlik, energetika, humanitar, siyasi, kənd təsərrüfatı və s. əhatə edir.
İsraildə səfirlik: Fikrimcə, Azərbaycanda ictimaiyyət, xüsusən də ikinci Qarabağ müharibəsindən sonra, İsraildə səfirliyin açılmasını böyük çoxluqla dəstəkləyir. Qərar qəbul edilməzdən əvvəl biz ictimai sorğu keçirdik və bu sorğu göstərdi ki, dinindən və yaşayış yerindən asılı olmayaraq, azərbaycanlıların 80%-i Azərbaycanın İsraildə səfirliyinin açılmasını dəstəkləyir. Yəni Azərbaycan ictimaiyyətindən də təkan var idi. Bunu sosial şəbəkələrdə də hiss etdim.
Turizm: Ölkələr arasında turizm sferasında əməkdaşlıq hələ səfirlik açmaq qərarı verilməmişdən əvvəl inkişaf edirdi və artım tempi yalnız COVID-19 səbəbindən kəsildi. 2016-cı ildə 10 min turistimiz olubsa, 2019-cu ildə bu rəqəm artıq 50 min, yəni 5 dəfə çox idi. COVID-19 olmasaydı, turistlərin sayı daha artardı.
Həmçinin “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan fondu YAŞAT
müalicəni tamamilə pulsuz həyata keçirən İsraildən oftalmoloqları dəvət etdi. Onlar 150-dən çox azərbaycanlı müharibə veteranını əməliyyat ediblər”, - deyə İsrailin Azərbaycandakı səfiri Dik bildirib.
O, həmçinin vurğulayıb ki, İsrail yardıma ehtiyac olan istənilən sahədə Azərbaycana kömək edəcək (Report).
___________________________
🇮🇱🇦🇿 Ambassador of Israel: "We are ready to be useful to Azerbaijan wherever it needs," the Israeli ambassador said in an interview with Reporta.
Israel and Azerbaijan have been strategic partners for a long time, their cooperation covers many areas - security, energy, humanitarian, political, agriculture, etc. Covers.
Embassy in Israel: In my opinion, the public in Azerbaijan, especially after the second Karabakh war, overwhelmingly supports the opening of an embassy in Israel. Before the decision was made, we conducted a public survey, which showed that 80% of Azerbaijanis, regardless of their religion and place of residence, support the opening of the Azerbaijani embassy in Israel. In other words, there was a push from the Azerbaijani public. I felt it in social networks as well.
Tourism: Cooperation between the countries in the sphere of tourism was developing even before the decision to open an embassy was made, and the pace of growth was only interrupted by COVID-19. In 2016, we had 10,000 tourists, but in 2019, this number was already 50,000, i.e. 5 times more. If it were not for COVID-19, the number of tourists would have increased.
Also, after the Second Karabakh war, the Azerbaijan fund LIVE
invited ophthalmologists from Israel who performed the treatment completely free of charge. They operated more than 150 Azerbaijani war veterans," said Dick, Israel's ambassador to Azerbaijan.
He also stressed that Israel will help Azerbaijan in any area that needs help (Report).