İsrail hökuməti və siyasi elitasından Azərbaycana dəstək: "Azərbaycan xalqı bilsin ki, İsrail və yəhudi xalqı Sizi əziz tutur və strateji tərəfdaşlığı davam etdirmək əzmindədir"

Tarix: 2-01-2023, 12:45
🇮🇱🤝🇦🇿  İsrail dövləti və Yəhudi xalqı hər zaman Azərbaycan dövlətinin və xalqının yanındadır. İsrailin yeni hökuməti və siyasi elitası Azərbaycan xalqına və dövlətinə öz dəstəyini ifadə etdi. 
 İsrail parlamenti Knesset-in 30 deputatı Azərbaycan Milli Məclisinə‚ Azərbaycana yüksək dəstək ifadə edən rəsmi müraciət göndərib. Müraciətdə deyilir:

"Bu gün Azərbaycan təhlükəsizlik və iqtisadiyyat sahələrində etibarlı tərəfdaş kimi İsraillə çiyin-çiyinə dayanır. Bu tərəfdaşlıq İsrailin regional təhlükəsizlik sisteminin əsasını təşkil edir. Azərbaycan parlamentinin deputatları, əziz dostlarımız, Azərbaycanın İsraildə səfirliyinin açılması qərarı ilə əlaqədar təbriklərimizi qəbul edin. Bu, iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm və cəsarətli addımdır və Azərbaycan torpaqlarında Azərbaycan və yəhudi xalqları arasında çoxəsrlik dostluğun təbii davamıdır. Bizim ümumi təhlükəli düşmənimiz var - hər iki xalqımızı məhv etməklə hədələyən İran tiranlığı. Öz vətəndaşlarını vəhşicəsinə qətlə yetirən, dünyada terroru təşviq edən ayətullah rejimi Azərbaycan xalqını beynəlxalq aləmdə hörmət qazanan dünyəvi hakimiyyətlərə qarşı yönəltmək üçün antisemitizm təbliğatı aparır. İran diktaturası, həmçinin güc nümayişindən istifadə edərək və Azərbaycan "Hizbullah"ını yaratmağa çalışaraq öz şimal qonşusunu təhdid etməyə çalışır. Lakin bütün bu cəhdlər nəticəsiz qalır. Azərbaycan şantaj və təhdidlərə boyun əymədiyini dönə-dönə sübut edir və SEPAH-ın sərhəddəki təlimlərindən bir ay sonra ölkəmizdə səfirlik açmaq qərarını açıqlayıb. Məhz bu məqamda biz istəyirik ki, Azərbaycan xalqı bilsin ki, İsrail və yəhudi xalqı Sizi əziz tutur və strateji tərəfdaşlığı davam etdirmək əzmindədir" - deyə müraciətdə bildirilib.

Sənəddə, həmçinin Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi və Aİ-nin Azərbaycandan qaz və neftinin alınmasına embarqo qoyulmasını tələb edən 15 noyabr tarixli qətnaməsindən narazılıq ifadə edilir.

"Bu qərar bu gün mütərəqqi şiə müsəlman əhalisi olan, İsrail və Qərb dünyası ilə sıx əlaqələr saxlayan nümunə ölkəsi olan Azərbaycanı zəiflətməkdə maraqlı olan İranın xeyrinədir. Ümid edirik ki, Senat bu qərarı yenidən nəzərdən keçirəcək", - deyə qeyd olunub.

Sənəd Benyamin Netanyahunun yeni hökumətində olan 9 nazir və 2 nazir müavini də daxil olmaqla imzalanıb. Onların arasında Nazirlər Kabinetinin yüksək vəzifəli üzvləri - İsrailin Milli Təhlükəsizlik naziri Ben-Qvir, Dini İşlər naziri Malkieli, Təhsil naziri Kiş də var.  

_______________________________

🇮🇱🤝🇦🇿 The state of Israel and the Jewish people are always with the state and people of Azerbaijan.  The new government and political elite of Israel expressed their support to the people and state of Azerbaijan.
  30 members of the Knesset of the Israeli Parliament sent an official appeal to the Milli Majlis of Azerbaijan, expressing their high support for Azerbaijan.  The petition reads:

 "Today, Azerbaijan stands shoulder to shoulder with Israel as a reliable partner in the fields of security and economy. This partnership is the basis of Israel's regional security system. Deputies of the Parliament of Azerbaijan, our dear friends, please accept our congratulations on the decision to open an embassy of Azerbaijan in Israel. This is between the two countries.  is an important and bold step in the development of cooperation and is a natural continuation of centuries-old friendship between the Azerbaijani and Jewish peoples on the lands of Azerbaijan. We have a common dangerous enemy - the Iranian tyranny, which threatens to destroy both our peoples.  anti-Semitic propaganda to turn against the respected secular authorities. The Iranian dictatorship is also trying to threaten its northern neighbor by using a show of force and trying to create the Azerbaijani "Hezbollah". But all this c  covenants fail.  Azerbaijan repeatedly proves that it does not give in to blackmail and threats and announced its decision to open an embassy in our country a month after the SEPAH exercises on the border.  At this moment, we want the people of Azerbaijan to know that Israel and the Jewish people cherish you and are determined to continue the strategic partnership," the appeal said.

 The document also expresses dissatisfaction with the resolution of the France Senate dated November 15, which demanded the imposition of sanctions against Azerbaijan and an embargo on the purchase of gas and oil from Azerbaijan by the EU.

 "This decision is in favor of Iran, which today is interested in weakening Azerbaijan, a model country with a progressive Shia Muslim population and close relations with Israel and the Western world. We hope that the Senate will reconsider this decision," it was noted.

 The document was signed by 9 ministers and 2 deputy ministers in Benjamin Netanyahu's new government.  Among them are high-ranking members of the Cabinet of Ministers - Israel's Minister of National Security Ben-Gvir, Minister of Religious Affairs Malkieli, Minister of Education Kish.