Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsrailin yeni Baş naziri cənab Benyamin Netanyahunu təbrik edib:
"Hörmətli cənab Baş nazir, Zati-aliləri.
İsrail Dövlətinin Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Bu, dost İsrail xalqının Sizə olan böyük inam və etimadının bariz təzahürü, ölkənizin hərtərəfli inkişafı və rifahı yolunda fəaliyyətinizə və xidmətlərinizə verilən yüksək qiymətdir.
Biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk. Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Sizin xidmətləriniz böyükdür.
Bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilmişdir. Ümidvaram ki, Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcəkdir. Bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilmişdir. Ümidvaram ki, Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcəkdir.
Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Fürsətdən istifadə edərək qarşıdan gələn Yeni, 2023-cü il münasibətilə Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost İsrail Dövlətinin və xalqının əmin-amanlığı və firavanlığı naminə məsul fəaliyyətinizdə daim müvəffəqiyyətlər diləyirəm."
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2022-ci il.
__________________________________
The President of the Republic of Azerbaijan Mr. Ilham Aliyev congratulated the new Prime Minister of Israel Mr. Benjamin Netanyahu:
"Dear Mr. Prime Minister, Your Excellency.
I congratulate you from the bottom of my heart on the occasion of your inauguration as the Prime Minister of the State of Israel, and convey my best wishes. This is a clear manifestation of the great trust and confidence of the friendly people of Israel, and a high appreciation of your activities and services for the comprehensive development and prosperity of your country.
We attach special importance to Azerbaijan-Israel relations, which stem from the will of our peoples, who have historically lived in conditions of friendship and mutual understanding. It is gratifying that our interstate relations, built on solid foundations such as mutual trust and support, have developed on an upward line and reached the current level during the past thirty years. Your services are great in the formation and development of relations between our countries.
In November of this year, a decision was made to establish the Embassy of Azerbaijan in Israel. I hope that the opening of our Embassy will contribute to the development of Azerbaijan-Israel relations. In November of this year, a decision was made to establish the Embassy of Azerbaijan in Israel. I hope that the opening of our Embassy will contribute to the development of Azerbaijan-Israel relations.
I am sure that in accordance with the interests of our friendly peoples, we will successfully continue our joint efforts in the direction of deepening the relations between our countries and further expanding our mutually beneficial cooperation.
I take this opportunity to congratulate you on the upcoming New Year 2023, and wish you good health, happiness, and continued success in your responsible activities for the sake of the friendly State of Israel and its people."
Sincerely,
Ilham Aliyev
President of the Republic of Azerbaijan
Baku city, December 29, 2022.