ISRAEL SECURITY ACADEMY
Qlobal Təhlükəsizlik, Anti-terror və Hərbi Müdafiə üzrə Beynəlxalq, Xüsusi Təlimlər Mərkəzi
”İSRAEL SECURİTY ACADEMY” - İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə
Azərbaycan Respublikasındakı Regional
Nümayəndəliyi 24 Dekabr 2022-ci il
Azərbaycan Respublikasının Prezidenti,
Zati-aliləri cənab İlham Əliyevə.
İsrail Təhlükəsizlik Akademiyası (ISRAEL SECURITY ACADEMY)-nın Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyindən.
DOĞUM GÜNÜ TƏBRİKİ
Hörmətli Zati-aliləri, möhtərəm cənab Prezident. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir‚ Sizə uzun ömür‚ can sağlığı arzu edirik. Sizin uzaqgörən siyasətiniz və güclü Diplomatiyanız sayəsində Azərbaycan Cənubi Qafqazın ən inkişad etmiş və ən multikultural və ali dəyərlərə sahib tolerant ölkəsi olmuşdur. Xüsusən İsrail və Yəhudi lobbisi ilə Azərbaycanın əlaqələrinin genişlənməsi də sizin düzgün qurulmuş və uğurlu Diplomatiyanızın sayəsindədir. Azərbaycanda heçbir zaman anti-semitizm digər millətlərə və digər inanclara qarşı ayrı-seçkilik olmayıb. Azərbaycan xalqının ümummilli lideri və müasir Azərbaycan dövlətinin qurucusu‚ dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müasir Azərbaycan dövləti yaradılarkən‚ tolerantlıq və ali dəyərlərin qorunması Azərbaycan dövlətinin əsas siyasi xətti olmuşdur. Sizin Azərbaycana rəhbərliyiniz dövründə isə bu ali dəyərlər‚ multikulturalizm və tolerantlıq daha da inkişaf etdirildi. Azərbaycanda yaşayan bütün qeyri millətlərin nümayəndələrinə və qeyri-müsəlmanlara olduğu kimi Yəhudilərə də böyük hörnət və qayğı göstərilmişdir. Yəhudilər hər zaman Sizə və ulu öndər Heydər Əliyevə minnətdardır. İsrail xalqının və dünyanın müxtəlif yerlərində yaşayan Yəhudi icmalarının Sizə sonsuz rəğbəti və ehtiramı vardır. Sizin uğurlu və uzaqgörən müdrik siyasətiniz Yəhudi xalqı ilə Azərbaycan xalqını əbədiyyən və dasha da qardaşlaşdırmışdır.Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir‚ sizə uzun ömür‚ can sağlığı‚ çətin və məsuliyyətli şərəfli işinizdə Sizə uğurlar və Azərbaycana daim qələbələr və əmin-amanlıq arzu edirik.
Doğum Gününüz mübarək olsun
.
Yaşasın Azərbaycan İsrail dostluğu! AMİN
Hörmətlə,
İsrail Təhlükəsizlik Akademiyası
(ISRAEL SECURITY ACADEMY)-nın
Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi.